Arif Hacılı və İqbal Ağazadə

Mənbə: Foto: arxiv

Başlıq: Arif Hacılı və İqbal Ağazadə

Müsavat və Ümid partiyaları seçkidə iştirakla bağlı qərar verdilər

“Yalnız Naxçıvan Muxtar Respublikasındakı dairələr barədə konkret heç nə deyə bilmərik”

Dekabrın 7-də Müsavat və Ümid partiyalarının məclisi parlament seçkilərində iştirak haqqında qərar qəbul ediblər.

Müsavat Partiyasının başqan müavini Fərəc Kərimov Meydan TV-yə məclisin toplantısı haqqında deyib ki, 9 fevral parlament seçkiləri haqqında qərarın əleyhinə 3 nəfər səs verib:

“10 nəfər bitərəf qalıb, 60-dan çox məclis üzvü seçkiyə qatılmağın lehinə səs verib”.

Fərəc Kərimli Müsavat Partiyasının 70-dən çox dairədə namizəd irəli sürəcəyini söyləyib:

“Yalnız Naxçıvan Muxtar Respublikasındakı dairələr barədə konkret heç nə deyə bilmərik, çünki bölgədən məclis üzvü olan şəxs iclasda iştirak etmədiyi üçün hələ məsələ sual altında qalıb”.

Ümid Partiyasının mətbuat xidmətindən deyiblər ki, Ali Məclisi 72 nəfərin namizədliyini təsdiqləyib. Daha 13 nəfərlə bağlı qərar vermək səlahiyyəti Rəyasət Heyətinə verilib.

Milli Məclisdə çoxluq təşkil edən hakim Yeni Azərbaycan Partiyasının deputatları dekabrın 2-də parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət ediblər.

Dekabrın 4-də Konstitusiya Məhkəməsinin Plenumu İlham Əliyevin sorğusu əsasında parlamentin buraxılması barədə Milli Məclisin müraciətinin Konstitusiyaya uyğunluğu məsələsini müzakirəyə çıxarıb.

Plenum iclasının yekunu olaraq “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı qərar qəbul olunub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/g8nox3

Ən çox baxılan