30 saylı Suraxanı birinci seçki dairəsinin 4 saylı seçki məntəqəsindən seçici Misir Mahmudovun verdiyi məlumata görə, o, ailə üzvləri ilə birlikdə səs vermək üçün seçki məntəqəsinə gedib. Lakin seçici siyahısında öz adlarının qarşısında artıq imzaların çəkildiyini və şəxsiyyət vəsiqələrinin nömrələrinin yazıldığını görüblər. Bununla bağlı etiraz etdikdə, məntəqə seçki komissiyasının üzvləri “narahat olmayın, sizə də seçki bülleteni verərik” deyiblər
71 saylı Masallı seçki dairəsindən Xasay Fərzullanın verdiyi məlumata görə, 1500 seçicisi olan Mollaoba kəndində yerləşən 18 və 36 saylı seçki məntəqələrinin ikisinə birlikdə saat 12.00-dək səsverməyə gələnlərinin sayı 56 nəfər olub.
19 saylı Nərimanov birinci seçki dairəsinin 3 saylı seçki məntəqəsinin ərazisində yaşayan seçici Sevil Məhəmməd qızı Məmmədovanın verdiyi məlumata görə, 4 nəfər seçicisi olan ailə üzvlərindən bir nəfərinin adı belə məntəqə seçki komissiyasının seçici siyahısında yoxdur. Onların qeydiyyatda olduqları mənzildə qeydiyyatı olmayan bir neçə nəfərin adı (Əliyeva Şamama) seçici siyahısına salınıb.
44 saylı Sumqayıt-Xızı seçki dairəsindən Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Fəxrəddin Abbasın verdiyi məlumata görə, bu seçki dairəsinin 7 seçki məntəqəsində səsverməyə gələn hərbçilərin barmaqları xüsusi maddə ilə işarələnmədən onlara seçki bülletenləri verilib. Bu da həmin hərbçilərin digər seçki məntəqələrində də səsverməsinə şərait yaradılması deməkdir.
Bu seçki dairəsinin 11 saylı seçki məntəqəsində müşahidəçilərin seçki məntəqəsində normal müşahidə aparılması üçün heç bir şərait yoxdur. Belə ki, müşahidəçilər seçki komissiyasının üzvlərindən və seçki qutularından məcburən xeyli uzaq məsafədə yerləşdiriliblər.
10 saylı Binəqədi üçüncü seçki dairəsinin 7 və 8 saylı seçki məntəqələrindəki müşahidəçilərin verdiyi məlumata görə, bu məntəqələrdə həyata keçirilən “karusel” metodu nəticəsində seçicilərin aktivliyinin artırılmasına nail olmağa çalışırlar. Belə ki, müşahidəçilərin bildirdiyinə görə, eyni adamların bir neçə dəfə səs verdiyini müşahidə edilib və bu barədə məntəqə seçki komissiyasının sədrinə məlumat verilib.
30 saylı Suraxanı birinci seçki dairəsinin 4 saylı seçki məntəqəsindən seçici Misir Mahmudovun verdiyi məlumata görə, o, ailə üzvləri ilə birlikdə səs vermək üçün seçki məntəqəsinə gedib. Lakin seçici siyahısında öz adlarının qarşısında artıq imzaların çəkildiyini və şəxsiyyət vəsiqələrinin nömrələrinin yazıldığını görüblər. Bununla bağlı etiraz etdikdə, məntəqə seçki komissiyasının üzvləri “narahat olmayın, sizə də seçki bülleteni verərik” deyiblər.
125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 35 saylı seçki məntəqəsində Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Fəxrəddin Abbası, Müsavat Partiyasının namizədlərinin seçkidən çəkilməsi haqqında qərarını əsas götürərək, seçki məntəqəsinə buraxmamağa cəhd edilib. Təəccüblüsü odur ki, bu barədə MSK-nın hüquq şöbəsinə məlumat verən səlahiyyətli nümayəndəyə məntəqə seçki komissiyasının sədrinin haqlı olduğu bildirilib. Yalnız Seçki Məcəlləsini mükəmməl bilməsi nəticəsində Fəxrəddin Abbas həmin məntəqəyə daxil ola bilib və aşkar edib ki, seçki məntəqəsinə girən seçicilərin heç birinin barmağına mürəkkəb vurulmur. Bu da həmin seçicilərin digər seçki məntəqələrində səs verməsinə şərait yaradır.
31 saylı Suraxanı ikinci seçki dairəsinin 15 saylı seçki məntəqəsindən Müsavat Partiyasının respublika üzrə müşahidəçisi Tərlan Cabbarovun verdiyi məlumata görə, eyni seçicilər bu seçki məntəqəsində təkrar səs verirlər. Bununla bağlı məntəqə seçki komissiyasının sədrinə etiraz bildirib, lakin məntəqə seçki komissiyasının sədri buna məhəl qoymayıb.