Müsavat Partiyasının qərargahında aclıq aksiyası keçirilir

“AXCP üzvləri – Tofiq Məmmədov, Ayət İsmayılov və Elnur Həsənov hazırda aclıq aksiyası keçirirlər”.

Source: Specify Source


Tofiq Yaqubluya dəstək məqsədilə keçirilən aksiyaya bir müsavatçı, 3 cəbhəçi qoşulub

Sentyabrın 7-də Müsavat Partiyasının qərargahında 4 nəfər Tofiq Yaqubluya dəstək məqsədilə aclıq aksiyasına başlayıb.

Bu barədə Meydan TV-yə Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Elman Quliyev açıqlama verib.

Elman Quliyevlə yanaşı, 3 AXCP üzvü də aclıq akasiyasına qoşulub.

“AXCP üzvləri – Tofiq Məmmədov, Ayət İsmayılov və Elnur Həsənov hazırda aclıq aksiyası keçirirlər. Biz Tofiq bəyə dəstək olaraq aclıq aksiyası keçiririk, o, azad edilənə qədər aksiya davam edəcək”, – Elman Quliyev deyib.

4.3 il azadlıqdan məhrum edilən Tofiq Yaqublu 6 gündür aclıq aksiyası keçirir.

Bu gün Ombudsman Səbinə Əliyeva həbsxanada Tofiq Yaqublu ilə görüşüb.

Tofiq Yaqublu qızı Nigar Həziylə telefonla danışıb və azad olunamadığı təqdirdə aksiyanı davam etdirəcəyini bildirib.

Nizami Rayon Məhkəməsi sentyabrın 3-də Tofiq Yaqublunun 4.3 il azadlıqdan məhrum edilməsi haqqında hökm çıxarıb.

Bu gün hökmlə bağlı apelyasiya şikayəti verilib.

Sentyabrın 3-də "Human Rights Watch" və "Amnesty International" təşkilatları da Tofiq Yaqublunun dərhal azad edilməsi ilə bağlı bəyanat yayıblar.

Ana səhifəSiyasətMüsavat Partiyasının qərargahında aclıq aksiyası keçirilir