Müsavat Partiyasının qarşısında müsavatçıların aksiyası (VİDEO)

Mayın 6-da Müsavat Partiyasının qərargahı önündə bir qrup partiya üzvünün etiraz aksiyası keçirilib.Aksiya Vurğun Əyyub və digər şəxslərin partiyadan kənarlaşdırılmasına etiraz məqsədi daşıyıb.

Etirazçılar “Müsavat ailə partiyası deyil!”, “Müsavat xalqın partiyasıdır!”, “Növbədənkənar qurultay çağırılsın!”, “İstefa!” şüarları yazılan plakatlar tutublar. İştirakçılara qərərgaha daxil olmağa icazə verilməyib. Çıxış edənlər növbədənkənar qurultay çağırılmasını və Müsavat başqanı Arif Hacılının istefasını tələb ediblər.

Müsavat partiyasının başqan müavini Elman Fəttah isə bu aksiyanı təxribat kimi qiymətləndirib.

Ana səhifəVideoMüsavat Partiyasının qarşısında müsavatçıların aksiyası (VİDEO)