Müsavat Partiyasının Gənclər Təşkilatının sədri həbs olundu

Əbülfəz Sadıqov dələduzıuqda, saxta sənəd hazırlamaqda ittiham olunur

Source:
Əbülfəz Sadıqov
Əbülfəz Sadıqov


Əbülfəz Sadıqov dələduzıuqda, saxta sənəd hazırlamaqda ittiham olunur

Noyabrın 21-də Səbail Rayon Məhkəməsi Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqov haqqında 3 aylıq həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan qrup tərəfindən dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya istifadə) maddələri ilə ittiham olunur.

İstintaqı DİN-in Baş İstintaq İdarəsi aparır.

İttihama görə, Əbülfəz Sadıqov kreditlə aldığı “Niva” markalı maşına görə banka borclu qaldığı 5100 manatın banka tam ödənilməsi barədə saxta arayış düzəldib. Aparıb DYP-yə verib, orada maşını girovluqdan çıxarıb öz adına keçirib, sonra da satıb.

Müsavatçı məhkəmədə deyilənlərin yalan olduğunu bildirib. Deyib ki, “Nikoil Bank”dan kreditlə maşın götürüb, bir hissəsini ödəyib. 2017-ci ilin yanvarında yolda gedəndə bankın əməkdaşları borca görə maşının qarşısını kəsib. Həmin vaxt 8100 manat borcu qalıbmış:

“Getdim banka, dedilər ki, faizsiz borcun məbləği 5100 manatdı. Onu ödə, faizləri istəmirik, keçir adına. Mən də qohumlardan borc tapıb ödədim, o arayışı aldım. İndi deyirlər, o arayış saxtadır. Əgər saxtadırsa da, onu bankdan veriblər”.

Meydan TV-nin əldə etdiyi məlumata görə, ekspertiza arayışdakı möhür və imzanın saxta olmadığına dair rəy verib. Sadəcə, qeydiyyat nömrəsi uyğun gəlmir.

Müsavatçının qardaşı Vasiq Sadıqbəyli Meydan TV-yə həbsin siyasi motivli olduğunu bildirib.

Vasif Sadıqbəyli deyib ki, qardaşının 2 il əvvəl aldığı avtomobil kreditdə olub, amma sonra “Nikol Bank”dan kreditin ödənilməsi barədə sənəd alıb. Maşını alandan 3-4 ay sonra satıb və DYP də bununla bağlı sənədləri təsdiqləyib:

“Bir neçə gün öncə Daxili İşlər Nazirliyi çağırıb ki, “Nikol Bank”da mənimsəmələr var, krediti kimə ödəmisən? Əbülfəz Sadıqov ödəmədən 2 il ötdüyündən adamların sifətini unutduğunu deyib. Qardaşımı şahid qismində dindirməyə çağırıblar, noyabrın 21-də növbəti dəfə vəkillə dindirməyə getmişdi və ödədiyi kreditin sənədlərini təqdim etdi. Bir az gözlədəndən sonra məhkəməyə göndəriblər. Məhkəmə də həbs-qətimkan tədbiri seçib. Çox qəribədir ki, bankdan aldığı sənədlər ekspertizaya göndərilib, ekspertiza da sənədlərin “Nikol Bank”dan verildiyini təsdiqləyib. Ancaq bununla belə məhkəmə həbs qətimkan tədbiri seçib”.

Həbs-qətimkan tədbiri qərarından apelyasiya şikayəti veriləcək.

Ana səhifəXəbərlərMüsavat Partiyasının Gənclər Təşkilatının sədri həbs olundu