Müsavat Partiyasının Gənclər Təşkilatı Qubad İbadoğlunu dəstəkləyəcək

Əhliman Abbas: “Əvvəldən də hesab edirdim ki, Qubad İbadoğlunun başqanlığı partiya üçün daha uğurludur ”

Source:


Əhliman Abbas: “Əvvəldən də hesab edirdim ki, Qubad İbadoğlunun başqanlığı partiya üçün daha uğurludur ”

Müsavat Partiyasının qurultayını sayılı günlər qaldıqca başqanlığa namizədlər arasında rəqabət güclənir və partiyanın tanınmış simaları dəstəkləyəcəyi namizədlərin adlarını açıqlayırlar.

Sentyabrın 3-də isə Müsavat Partiyasının məclis üzvü, Gənclər Təşkilatının sədri Əhliman Abbas Qubar İbadoğunun namizədləyini dəstəkləyəcəklərini açıqlayıb.

O, “qafqazinfo” saytına bildirib ki, 4 namizəd arasında Qubad İbadoğlunun şansı daha çoxdur: “Əvvəldən də hesab edirdim ki, Qubad İbadoğlunun başqanlığı partiya üçün daha uğurludur ”.

Ə.Abbas deyib ki, Azərbaycanda belə bir təcrübə var ki, siyasətdən uzaqlaşan sədrlər yerlərinə bir nəfər təyin edib, özlərinə lider statusu verib partiyaya təsir etmək imkanı qazanırlar: “İsa Qəmbər Müsavatda ən güclü siyasətçidir.Onun lider statusuna ehtiyac yoxdur. Ondan sonra seçilən başqan qədər heç vaxt həmin qədər güc yığa bilməyəcək. İsa Qəmbər adi üzv kimi də qurultaydan sonra öz reputasiyası ilə partiya məsələlərinə təsir edə biləcək. Mən də istəyirəm ki, onun partiya daxilində təsir imkanı qalsın”.

Hazırda Müsavat Partiyasında başqanlığa namizədlər Arif Hacılı, Qubad İbadoğlu və Tural Abbaslı arasında rəqabət getdiyi bildirilir.

Ana səhifəXəbərlərMüsavat Partiyasının Gənclər Təşkilatı Qubad İbadoğlunu dəstəkləyəcək