Müsavat Partiyasından kondisioner oğurlayanların saxlanıldığı bildirilir

“Hazırda istintaq davam edir, məhkəmə olacaq, ümid edirik ki, məhkəmədə məsələlər aydınlaşacaq”.

Source: Meydan TV


Arif Hacılı: “Ümid edirik ki, məhkəmədə məsələlər aydınlaşacaq”

Avqustun 18-də Müsavat Partiyasından kondisioner oğurlayanlar saxlanılıb. Bildirilir ki, saxlanılanlar partiya qərargahı yaxınlığında yaşayanlardır.

Partiyanın başqanı Arif Hacılı Meydan TV-yə deyib ki, saxlanılanların adları onlara məlumdur: “Hazırda istintaq davam edir, məhkəmə olacaq, ümid edirik ki, məhkəmədə məsələlər aydınlaşacaq”.

Arif Hacılı bildirib ki, partiya hadisə ilə əlaqədar nümayəndə təyin edib. Binəqədi Rayon Polis İdarəsinin nümayəndələri istintaq haqda partiya ilə əlaqə saxlayıb məlumat verəcəklər.

Avqustun 18-dən 19-a keçən gecə Müsavat Partiyasının qərargahında oğurluq olub. Qərargahın pəncərələri sındırılıb və iki kondisioner

oğurlanıb

.

Ana səhifəSosialMüsavat Partiyasından kondisioner oğurlayanların saxlanıldığı bildirilir