Səxavət Əlisoy da Müsavat başqanlığına namizəd oldu
İqtisadçı Qubad İbadoğlu ilə eyni gündə Müsavat başqanının keçmiş müşaviri Səxavət Əlisoy partiya başqanlığına namizədliyini rəsmən irəli sürüb.
Meydan TV-yə Səxavət Əlisoy bu barədə açıqlama verib. O, ərizəsini Təşkilat Komitəsinə təqdim etdiyini bildirib.
Beləliklə, sentyabrın 12-dən etibarən Müsavat Partiyası başqanlığına namizədlərin sayı 4-ə çatıb, Səxavət Əlisoy, Tural Abbaslı, Arif Hacılı, və Qubad İbadoğlu.
Partiya qurultayını sentyabrın 27-nə təyin edib.