Partiya Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib
Müsavat Partiyasının Divanı aprelin 7-də kütləvi tədbir keçirilməsi ilə bağlı qərar qəbul edib. Məlumatı partiyaya yaxın “Basta” yayıb.
Aksiyanın “Siyasi məhbuslara azadlıq!”, “Sərbəst toplaşma azadlığı təmin edilsin!”, “Azad seçki və siyasi rəqabət üçün şərait yaradılsın!” və digər şüarlar altında keçirilməsi nəzərdə tutulur.
Partiyadan bildirilib ki, martın 19-da bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət təqdim olunub.
Müraciətdə aksiya ilə bağlı 3 marşrut göstərilib:
-
Metronun “Azadlıq” stansiyasından “Dərnəgül” stansiyasınadək S.S.Axundov küçəsi ilə yürüş və burada mitinq.
-
Metronun “20 Yanvar” stansiyasından “Məhsul” stadionunadək yürüş və burada mitinq.
-
Metronun “Gənclik” stansiyasının çıxışı – T.Bəhrəmov adına stadionun qarşısındakı meydanda mitinq.