Müsavat Partiyası və ReAL pullu efir vaxtından istifadə etməyəcək

Arif Hacılı: “Pulsuz efir vaxtı verilmədən seçkilərin keçirilməsi seçki tarixinin qeyri-adi hadisələrindən biri olacaq”

Natiq Cəfərli: “Biz təbliğatı qapı-qapı gəzərək dairələrdə və internetdə quracağıq”

Source:


Arif Hacılı: “Pulsuz efir vaxtı verilmədən seçkilərin keçirilməsi seçki tarixinin qeyri-adi hadisələrindən biri olacaq”


Natiq Cəfərli: “Biz təbliğatı qapı-qapı gəzərək dairələrdə və internetdə quracağıq”

Hakim Yeni Azərbaycan Partiyası (YAP) noyabrın 1-də keçiriləcək parlament seçkilərinin təşviqat mərhələsində pulsuz efir vaxtından istifadə etməyəcək. Partiyanın funksioneri, deputat Siyavuş Novruzov bu barədə qərarlarını açıqlayıb.

YAP-nın qərarını Meydan TV-yə şərh edən Müsavat Partiyasının başqanı Arif Hacılı deyir ki, bütün televiziyalar hakimiyyətin nəzarətində və onun təbliği ilə məşğuldur. Bu baxımdan partiya başqanı hakim partiyanın təbliğat kampaniyası qurmamasını təbii qarşılayır: “Ancaq seçki anlayışı ictimai diskussiyalarsız qeyri-mümkündür. Hakimiyyət bu qərarıyla Azərbaycan seçki tarixində analoqsuz addım atıb”.

Arif Hacılı Seçki Məcəlləsində 60-dan artıq dairədən namizədliyi qeydə alınmayan partiyalara efir vaxtının verilməməsi maddəsini absurd sayır: “Xüsusilə proporsional seçki sisteminin olmadığı zaman belə bir müddəanın məcəlləyə salınması tamamilə absurddur. Pulsuz efir vaxtı verilmədən seçkilərin keçirilməsi seçki tarixinin qeyri-adi hadisələrindən biri olacaq”.

O, Müsavat Partiyasının pullu efir vaxtından istifadə etməyəcəyini deyir: “Təəssüf ki, pullu efir vaxtına maddi imkanlarımız yoxdur”.

ReAL İdarə Heyətinin üzvü Natiq Cəfərli YAP-ın pulsuz efir vaxtından imtina edəcəyinin əvvəlcədən məlum olduğunu bildirir: “Pulsuz efir vaxtının olmaması o deməkdir ki, hakimiyyət fərqli fikirlərin televizyalarda səslənməsində maraqlı deyil. Ümumiyyətlə, hakimiyyət vətəndaşların fərqli münasibət və tənqid eşitməsini istəmir”.

Pullu efir vaxtına gəlincə, o, qiymətin absurd olduğuna diqqət çəkərək bildirdi ki, buna maddi imkanları yoxdur: “Biz təbliğatı qapı-qapı gəzərək dairələrdə və internetdə quracağıq. Hər dairədə 40 min seçki varsa, 30 miniylə təmas qurmağa çalışacağıq. Hər namizədimizin komandası var və könüllülər təmannasız işləyəcək”.

Ana səhifəXəbərlərMüsavat Partiyası və ReAL pullu efir vaxtından istifadə etməyəcək