Müsavat Partiyası təzyiqləri pisləyir

Divan azad sözə qarşı rejimin tətbiq etdiyi “ailə repressiyası” siyasətinin yenidən vüsət almasından narahatlığını ifadə edib

Source:

Divan azad sözə qarşı rejimin tətbiq etdiyi “ailə repressiyası” siyasətinin yenidən vüsət almasından narahatlığını ifadə edib

Müsavat Partiyası “Qanun” Nəşrlər Evinə basqıları, REAL Hərəkatının lideri İlqar Məmmədovla bağlı hazırlanan çap materiallarının götürülməsini, eləcə də Meydan TV-nin əməkdaşları Həbib Müntəzir və Orxan Məmmədin yaxınlarının təzyiqlərə məruz qalmasını pisləyir.

Bu barədə iyunun 13-də Müsavat Partiyasının Divanının növbəti toplantısında müzakirələr aparılıb.

Partiyanın yaydığı məlumatda bildirilir ki, Divan həmçinin “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin yaxınları haqqında verilən məhkəmə qərarını azad sözə qarşı rejimin tətbiq etdiyi “ailə repressiyası” siyasətinin yenidən vüsət alması kimi qiymətləndirib. Divan hakimiyyətdən bu təzyiqlərə dərhal son qoyulmasını tələb edib.

Divan üzvləri Avropada yaşayan mühacir müsavatçıların təsis etdiyi Koordinasiya Mərkəzinin Almaniyada rəsmi qeydə alınması haqqında məlumatı təqdir edərək, mühacir müsavatçıların bir təşkilatda birləşməsinin fəaliyyətlərinin daha da səmərəli olması baxımından mühüm hadisə kimi qiymətləndiriblər.

Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıxlı Məclisin komissiyalarının tədbirlər planlaşdırdığını bildirib. Divan məsələni müzakirə edərək, komissiyaların keçirəcəyi tədbirlərin qrafikini müəyyən edib. İlk olaraq Məclisin Təhsil Komissiyasının tədbirinin iyunun 18-də keçirilməsi qərarlaşdırılıb.

Müsavat Partiyası Məclisinin növbəti sessiyasının iyunun 25-i keçirilməsi qərara alınıb. Sonda cari məsələlərə baxılıb.

Ana səhifəXəbərlərMüsavat Partiyası təzyiqləri pisləyir