Tərəflər seçki kampaniyası dövründə yol verilən qanun pozuntularının birgə monitorinqinin aparılması; seçki günü birgə müşahidənin təşkili ilə bağlı razılığına gəliblər
01 noyabr 2015-ci il tarixində keçiriləcək Parlament seçkilərində iştirak etmək barədə qərar qəbul edən Müsavat Partiyası, “REAL” Vətəndaş Hərəkatı və “NİDA” Vətəndaş Hərəkatı seçkilər dövründə fəaliyyətlərinin uzlaşdırılması barədə razılığa gəlib.
Meydan TV-yə daxil olan bəyanatda bildirilir;
1. Ölkədə azad seçki keçirilməsi üçün şərtlərin minimum olduğu şəraitə rəğmən, hakim olan, korrupsion, avtoritar və klientalist sistemə qarşı mübarizənin fasiləsizliyi və ardıcıllığı baxımından 2015-ci il Parlament seçkilərində iştirakı məqsədəuyğun hesab edirlər;
2. Parlament seçkilərinə hazırlıq, namizədlərin irəli sürülməsi, dairələr üzrə irəli sürülən namizədlərin qeydiyyatı, qeydə alınmış namizədlərin seçki kampaniyası dövründə bir-birinə qarşı təbliğat aparmamaları, seçki dairələri üzrə vahid namizədlərin müəyyənləşməsi imkanlarını araşdıracaqları barədə razılığa gəlirlər.
3. Tərəflər seçki kampaniyası dövründə yol verilən qanun pozuntularının birgə monitorinqinin aparılması; seçki günü birgə müşahidənin təşkili; qanun pozuntuları və saxtakarlıqlara münasibətdə ümumi mövqenin müəyyənləşdirilməsi; seçkilərin nəticəsi haqqında birgə yekun rəyin hazırlanması barədə razılığa gəlirlər.