Partiyanın seçkidən çəkilməklə bağlı qərarına əsasən namizədliyini geri götürən müsavatçılar haqqında MSK-nın qərarlarından Apellyasiya məhkəmələrinə və Ali Məhkəməyə şikayətlər verilib
Müsavat Partiyasının Divanı sabiq deputat İltizam Əkbərliyə töhmət verib.
Partiyadan Meydan tv-yə daxil olan məlumata görə, partiya Divanının 10 noyabr iclasında qərar qəbul edilib.
İclasda Müsavat Partiyasının noyabrın 1-də keçirilən parlament seçkilərində iştirakdan imtina haqqında 28 oktyabr 2015-ci il tarixli qərarına rəğmən seçkidə iştirakını davam etdirən 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd İltizam Əkbərlinin partiya intizamı məsələsinə baxılıb. Partiyadan xaric edilməsi və ona töhmət verilməsi təklifləri səsə qoyulub. Səs çoxluğu ilə İltizam Əkbərliyə töhmət verilməsi barədə qərar qəbul olunub.
Toplantıda Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı seçkilərlə əlaqədar məhkəmə prosesləri haqda məlumat verərək bildirib ki, namizədliyi qeydə alınmayan müsavatçıların Azərbaycan məhkəmə instansiyaları üzrə şikayətləri yekunlaşıb. Bütün şikayətlərlə bağlı Mərkəzi Seçki Komissiyasının əsassız qərarları qüvvədə saxlanılıb. Məhkəmə qərarlarından İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayət ərizələri hazırlanıb.
Onun sözlərinə görə,
.