Müsavat Partiyası ilə Naqif Həmzəyevin məhkəməsi başlayır

İddia ilə bağlı yanvarın 14-də Gəncə şəhərinin Nizami rayon Məhkəməsində hazırlıq iclası keçiriləcək

Source:

İddia ilə bağlı yanvarın 14-də Gəncə şəhərinin Nizami rayon Məhkəməsində hazırlıq iclası keçiriləcək

Müsavat Partiyasının Milli Məclisin deputatı Naqif Həmzəyevə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesinin vaxtı məlum olub.

 Müsavat Partiyasından APA-ya verilən məlumata görə, iddia ilə bağlı yanvarın 14-də Gəncə şəhərinin Nizami rayon Məhkəməsində hazırlıq iclası keçiriləcək.

Müsavat Partiyası Milli Məclisin üzvü, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər şöbəsinin sədri Naqif Həmzəyevi Məhəmməd Əmin Rəsulzadənin şərəf və ləyaqətini alçaltmaqda günahlandırır.

Ana səhifəXəbərlərMüsavat Partiyası ilə Naqif Həmzəyevin məhkəməsi başlayır