Müsavat Partiyası ilə deputatın məhkəmə çəkişməsi gələn ay olacaq

Gəncə şəhəri, Nizami rayon Məhkəməsində partiyanın şikayətinə baxılacaq

Source:


Gəncə şəhəri, Nizami rayon Məhkəməsində partiyanın şikayətinə baxılacaq

Müsavat Partiyası ilə deputat Naqif Həmzəyev arasındakı məhkəmə çəkişməsi fevralın 3-də baş tutacaq. Bu barədə vəkil Nemət Kərimli yanvarın 18-də keçirilən Müsavat Partiyası Divanının toplantısında məlumat verib. Onun sözlərinə görə, Gəncə şəhəri, Nizami rayon Məhkəməsində Məhəmməd Əmin Rəsulzadənin şərəf və ləyaqətinin deputat Naqif Həmzəyev tərəfindən təhqiri ilə bağlı Müsavatın şikayətinə baxılacaq.

Ana səhifəXəbərlərMüsavat Partiyası ilə deputatın məhkəmə çəkişməsi gələn ay olacaq