Müsavat Partiyası hakimiyyətlə görüşdə iştirak edə bilər

Partiya görüşün formatının əvvəlcədən onlarla razılaşdırılmasını istəyir

Source:


Partiya görüşün formatının əvvəlcədən onlarla razılaşdırılmasını istəyir

Fevralın 16-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən Meydan TV-yə verilən məlumata görə, Divanda qərarların icrası və görülən işlər barədə məlumat verilib.

Toplantıda hakimiyyətin siyasi partiyalarla əlaqələrin qurulması istiqamətindəki son təşəbbüsləri müsbət qiymətləndirilib. Eyni zamanda müzakirə olunacaq mövzuların qabaqcadan müəyyən edilməsi və görüşün formatının Müsavat Partiyası ilə əvvəlcədən razılaşdırıldığı halda partiyanın bu prosesdə iştirakı mümkün hesab edilib.

İclasda həmçinin fevralı 26-da Xocalı soyqırımı ilə əlaqədar “Ana fəryadı” abidəsinin ziyarət olunması barədə qərar qəbul edilib. Eyni zamanda Müsavat Partiyası başqanının müavini, vicdan məhbusu Yadigar Sadıqlının tam müalicə kursu keçmədən, qanunsuz olaraq tibbi müəssisədən cəzaçəkmə müəssisəsinə qaytarılmasının siyasi xarakterli olduğu qeyd edilib.

Divan üzvləri Elgiz Sadıqlının və AXCP üzvü Qadir Xudabaxşıyevin müəmmalı ittihamlarla həbsini də pisləyiblər.

Ana səhifəXəbərlərMüsavat Partiyası hakimiyyətlə görüşdə iştirak edə bilər