Müsavat Partiyası hakimiyyəti repressiyalara son qoymağa çağırdı

“Medianın azsaylı təmsilçilərindən olan Meydan TV-nin rəhbəri Emin Millinin qayını Nazim Ağabəyovun həbs olunması ölkədə aparılan repressiya siyasətinin davamıdır”

Source:


“Medianın azsaylı təmsilçilərindən olan Meydan TV-nin rəhbəri Emin Millinin qayını Nazim Ağabəyovun həbs olunması ölkədə aparılan repressiya siyasətinin davamıdır”

“Azərbaycanda siyasi opponentlərə qarşı repressiya tədbirləri davam edir. Ölkədə 80-dən artıq siyasi məhbus qondarma ittihamlarla həbsdə saxlanılır. Onların arasında siyasi-ictimai xadimlər, hüquq müdafiəçiləri, jurnalistlər var. Son dövrlərdə nəinki siyasi fəallar, həm də onların qohumları və yaxınları repressiya qurbanınlarına çevrilir”.

Bu fikirlər Müsavat Partiyasının iyulun 27-də yaydığı bəyanatında yer alıb. Partiyadan Meydan TV-yə daxl olan sənəddə daha sonra deyilir:

“Müsavat Partiyası başqanının müavini, vicdan məhbusu Fərəc Kərimlinin qardaşı Sirac Kərimli, AXCP Rəyasət Heyətinin üzvü Natiq Ədilovun qardaşı Murad Ədilov, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin yaxın qohumları və digər siyasi fəalların, jurnalistlərin qohumları və yaxınları belə repressiyaların qurbanı olub. Müsavat Partiyası müxalif medianın azsaylı təmsilçilərindən olan Meydan TV-nin rəhbəri Emin Millinin qayını Nazim Ağabəyovun həbs olunmasını ölkədə aparılan repressiya siyasətinin davamı kimi dəyərləndirir, Azərbaycan hakimiyyətindən bu siyasətə son qoymağı və siyasi məhbusların dərhal, qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edir”.

Ana səhifəXəbərlərMüsavat Partiyası hakimiyyəti repressiyalara son qoymağa çağırdı