Partiya Konstitusiya Məhkəməsinin qərarını pisləyir
Müsavat Partiyası Divanı Konstitusiya Məhkəməsinin Referendum Aktı barədə müsbət qərarını pisləyir. Divan iyulun 25-də keçirilən iclasında bu barədə müzakirə aparıb.
Partiyadan Meydan TV-yə daxil olan məlumata görə, iclasda bldirilib ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər Azərbaycan Respulikasının Konstitusiyasına, beynəlxalq konvensiyalara, ölkənin könüllü olaraq üzərinə götürdüyü demokratiya ilə bağlı öhdəliklərə ziddir.
Məlumatda bildirilir ki, Müsavat Partiyasının başqanı Arif Hacılı keçirilməsi ehtimal edilən referendumla əlaqədar aparılan müzakirələr barədə danışıb. Divanda referenduma hazırlıq işlərinin görülməsi barədə tapşırıqlar verilib.