Müsavat Partiyası bələdiyyə seçkilərindəki pozuntuları açıqladı (yenilənir)

Mingəçevir şəhərində fəaliyyət göstərən bütün dövlət təşkilatlarının işçiləri qeydiyyatda olub-olmamalarından asılı olmayaraq məhz bu məntəqədə səs verməyə məcbur edilir

Source:



21.40.


70 saylı Masallı SD-nin 34 və 35 saylı məntəqələrində bütün saxtalaşdırmadan sonra belə YAP-in namizədlərinin uduzduğunu görən yerli hakimiyyət strukturları polislərin vasitəsilə faktiki qalib olan namizədləri məntəqlərdən döyərək kənarlaşdırıblar. Xəsarət alanlar var. Məntəqə sədrləri bülletenləri də götürüb DSK-ya gediblər. 100-dən çox seçicilər Musaküçə kənd klubuna yıgışıb etiraz edirlər. Sabah aksiya keçirilməsi gündəmdədir. Seçkinin nəticələrini Masallı “Embavvood”un icraçı direktorunun və onun komandasının xeyrinə saxtalaşdırmaq planlaşdırır.

Məlumatı Müsavat Partiyasının üzvü, bələdiyyə üzvlüyünə namizəd Tərlan Abbaszadə yayıb.



18.40.


9 saylı Binəqədi ikinci seçki dairəsinin 9 saylı seçki məntəqəsindən bələdiyyə üzvlüyünə namizəd Şamil Beydullanın verdiyi məlumata görə, 143 saylı məktəbin müəllimləri valideynlərə zəng edib seçki məntəqəsinə gələrək, keçmiş bələdiyyə sədri və hazırda bələdiyyə üzvlüyünə namizəd Hümbət Hüseynova səs verməyi tələb edirlər.

 87 saylı Ağsu-İsmayıllı seçki dairəsinin 4 saylı seçki məntəqəsindən Anar Rəsullunun verdiyi məlumata görə, YAP-ın bələdiyyə üzvlüyünə namizədi Orxan Nəsirov öz adı işarələnən seçki bülletenlərini topa şəklində seçki qutusuna atarkən yaxalanıb. Bu hərəkətin qarşısı alındığı zaman Anar Rəsullu namizəd tərəfindən həbslə hədələnib.

 66 saylı Biləsuvar seçki dairəsinin 5 saylı seçki məntəqəsindən Ələddin Ələsgərlinin verdiyi məlumata görə, YAP-dan olan bələdiyyə üzvlüyünə namizədlərin özləri və yaxınları seçki qutularına topa şəklində seçki bülleteni atırlar. Bu saxtakarlığa məntəqə seçki komissiyasını sədri Novruz Şahbazov başçılıq edir. Pozuntunun qarşısını almaq mümkün deyil.

 41 saylı Sumqayıt birinci seçki dairəsinin 3, 7 və 9 saylı seçki məntəqələrindən Nazim Əliyevin verdiyi məlumata görə, seçici aktivliyi yoxdur, seçici siyahılarında seyrək imzalar görünür, lakin seçki qutuları dolub. Seçki məntəqələrindəki müstəqil müşahidəçilərin bildirdiyinə görə, seçki qutuları topa şəkilli seçki bülletenləri ilə doldurulub.

70 saylı Masallı şəhər seçki dairəsinin 35 saylı seçki məntəqəsindən bələdiyyə üzvlüyünə namizəd Tərlan Abbaszadənin verdiyi məlumata görə, seçkinin sonuna doğru seçki məntəqəsi polis mühasirəsinə alınıb. Seçki məntəqəsinə iki alkoqolik salıblar, bələdiyyə üzvlüyünə namizədi təhqir edərək, onu təxribata çəkirlər.



16.45.


41 saylı Sumqayıt birinci seçki dairəsinin 3 saylı seçki məntəqəsindən Fəxrəddin Abbasın verdiyi məlumata görə, seçicinin əlində üç seçki bülleteni tutulub. Bu barədə məntəqə seçki komissiyasının sədrinə bildirilib.

43 saylı Sumqayıt üçüncü seçki dairəsinin 16 saylı seçki məntəqəsindən Vəfa Cümşüdlünün verdiyi məlumata görə, məntəqə seçki komissiyasının üzvü Cavanşir Rüstəmov seçki bülletenlərini topa şəklində seçki qutusuna doldurur.

47 saylı Mingəçevir seçki dairəsinin 5, 11, 14, 15, 17, 18, 19, 21, 26, 27, 28 və 29 saylı seçki məntəqələrindən Nurəddin Rüstəmlinin verdiyi məlumata görə, Sosial Təminat İdarəsinin işçiləri bütün seçki məntəqələri üzrə səsvermədə iştirak edirlər. 5, 14, 15, 17, 18 və 19 saylı seçki məntəqələrində seçki qutusuna məntəqə seçki komissiyasının üzvləri tərəfindən topa şəklində seçki bülletenləri atılır. İcra Hakimiyyətinin işçisi Elşən Əliyev büdcə təşkilatlarının 30 nəfər işçisinin “karusel” üsulu ilə bütün seçki məntəqələrini gəzdirərək səsverməyə məcbur edir.

66 saylı Biləsuvar seçki dairəsinin 5 saylı seçki məntəqəsindən Ələddin Ələsgərlinin verdiyi məlumata görə, seçici passivliyini ört-basdır etmək üçün yerli İcra Hakimiyyətinin onbaşıları büdcə təşkilatlarının işçilərini məcburən seçki məntəqəsinə səs verməyə gətirirlər.

71 saylı Masallı kənd seçki dairəsinin 39 saylı seçki məntəqəsindən bələdiyyə üzvlüyünə namizəd Kərim Kərimlinin verdiyi məlumata görə, seçki məntəqəsindən 93 seçki bülleteni yox çıxıb.

108 saylı Ağstafa seçki dairəsinin 3 saylı seçki məntəqəsindən bələdiyyə üzvlüyünə namizəd Araz Dəlqinin verdiyi məlumata görə, on nəfər “karusel” iştirakçısı bütün məntəqələri gəzərək səs verirlər. Az əvvəl 5 saylı seçki məntəqəsində səs veriblər, indi də 3 saylı seçki məntəqəsində səs verirlər.



15.35.


9 saylı Binəqədi ikinci seçki dairəsinin 9 saylı seçki məntəqəsindən Əhəd Məmmədlinin verdiyi məlumata görə, məntəqə seçki komissiyasının sədri Elmar Həşimov “Yeni Müsavat” qəzetinin müxbiri Cavanşir Abbaslını seçki məntəqəsindən polis müdaxiləsi ilə uşaqlaşdırıb. Buna etiraz edən səlahiyyətli nümayəndə Əhəd Məmməlinin özü də polis müdaxiləsi ilə seçki məntəqəsində xaric edilib.

9 saylı Binəqədi ikinci seçki dairəsinin 9 saylı seçki məntəqəsindən bələdiyyə üzvlüyünə namizəd Şamil Beydullanın verdiyi məlumata görə, seçki məntəqəsində seçicilər açıq şəkildə eyni kabinədə 2-3 nəfər olmaqla səs verirlər. Məntəqə seçki komissiyasının sədri Elmar Həşimov baş verən qanun pozuntularını müşahidə edən namizədin səlahiyyətli nümayəndəsi Elşən Həsənovu təhqir edərək, “Sizin adlarınızı yuxarı orqanlara göndərəcəyəm”, deyə hədələyib.

9 saylı Binəqədi ikinci seçki dairəsinin 2 saylı seçki məntəqəsindən bələdiyyə üzvlüyünə namizəd Şamil Beydullanın verdiyi məlumata görə, seçki məntəqəsinin yaxınlığındakı tib məntəqəsinin 10 nəfərə yaxın işçisi “karusel” əməliyyatı üçün seçki məntəqəsinin içərisində növbəti seçki məntəqəsinə gedişlərini gözləyirlər.

108 saylı Ağstafa seçki dairəsindən bələddiyə üzvlüyünə namizəd Araz Dəlqinin verdiyi məlumata görə, DSK-nın əksər seçki məntəqələrində seçki bülletenləri sayılmadan səsvermə prosesi elan olunub.

108 saylı Ağstafa seçki dairəsinin 4 saylı seçki məntəqəsindən bələddiyə üzvlüyünə namizəd Araz Dəlqinin verdiyi məlumata görə, məntəqə seçki komissiyasının üzvləri tərəfindən qutuya topa şəklində seçki bülletenləri atırlar. Pozuntunun qarşını almaq mümkün deyil.



14.45.


9 saylı Binəqədi ikinci seçki dairəsinin 17 və 18 saylı seçki məntəqələrindən bələdiyyə namizəd Şamil Beydullanın verdiyi məlumata görə, “Yeni Müsavat” qəzetinin jurnalisti Cavanşir Abbaslı məntəqə seçki komissiyalarının üzvləri tərəfindən seçki məntəqələrindən çıxarılıb.

 47 saylı Mingəçevir seçki dairəsinin 1, 2, 4, 5, 7 və 8 saylı seçki məntəqələrindən Nurəddin Rüstəmlinin verdiyi məlumata görə, seçki məntəqəsində olan seçki bülletenlərinin kənarı məntəqə seçki komissiyasının üzvləri tərəfindən qabaqcadan kəsilərək hazır vəziyyətdə saxlanılır. Bu da Seçki Məcəlləsinin tələblərinə ziddir.

 66 saylı Biləsuvar seçki dairəsinin 5 saylı seçki məntəqəsindən Ələddin Ələsgərlinin verdiyi məlumata görə, məntəqə seçki komissiyasına toplu şəkildə şəxsiyyət vəsiqəsi gətirilərək, həmin vəsiqələrə uyğun olaraq seçici siyahılarında qeydlər edilir, imzalar atılır və məntəqə seçki komissiyasının üzvləri tərəfindən doldurulan seçki bülletenləri hamının gözü qarşısında seçki qutularına salınır.

 71 saylı Masallı kənd seçki dairəsinin 32 saylı seçki məntəqəsindən bələdiyyə üzvlüyünə namizəd Kərim Kərimlinin verdiyi məlumata görə, müşahidəçilərə seçkini müşahidə etmək imkanı verilmir. Seçicilərə seçki bülletenlərinin küncü kəsilmədən verilir.

 108 saylı Ağstafa seçki dairəsinin 2, 3 və 4 saylı seçki məntəqələrindən Pərviz Mahmudovun verdiyi məlumata görə, müşahidə aparılan bu seçki məntəqələrində seçicilərin aktivlik faizi çox aşağı olduğundan məntəqə seçki komissiyasının üzvləri tərəfindən doldurulan seçki bülletenləri topa şəklində seçki qutularına salınır. Məntəqə seçki komissiyalarının sədrlərinə bu halın saxtakarlıq olduğu haqqında bilgi verilsə də, onlar bu pozuntuların qarşısını almaq üçün heç bir tədbir görmürlər.


Mingəçevir şəhərində fəaliyyət göstərən bütün dövlət təşkilatlarının işçiləri qeydiyyatda olub-olmamalarından asılı olmayaraq məhz bu məntəqədə səs verməyə məcbur edilir

Müsavat Partiyasının Seçki Qərargahı bugün keçirilən bələdiyyə seçkiləriylə bağlı məlumat yayıb. Meydan TV xəbərləri oxucularına təqdim edir:

Yasamal rayonu ərazisindəki 13 saylı məktəbdə yerləşən 12 saylı seçki məntəqəsində foto-video müşahidə aparan jurnalistlər məntəqə seçki komissiyasının üzvləri tərəfindən kobudluqla seçki məntəqəsindən uzaqlaşdırılıblar.

9 saylı Binəqədi ikinci seçki dairəsinin 13 saylı seçki məntəqəsindən Arif Bağırzadənin verdiyi məlumata görə, seçki qutularına topa bülletenlər atılır. Saat 12.00-dək artıq 250 nəfərin səs verdiyi rəsmiləşdirilib. Faktiki iştirak isə 37 nəfərdir.

9 saylı Binəqədi ikinci seçki dairəsinin 14 saylı seçki məntəqəsindən Arif Bağırzadənin verdiyi məlumata görə, müşahidəçilərin seçkini müşahidə etməsinə imkan verilmir.

9 saylı Binəqədi ikinci seçki dairəsinin 16 saylı seçki məntəqəsindən Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Elman Fəttarın verdiyi məlumata görə, məntəqə seçki komissiyasının sədri “Yeni Müsavat” qəzetinin müxbiri Cavanşir Abbaslını və bələdiyyə üzvlüyünə namizəd Şamil Beydullanı seçkini müşahidə hüquqları olmadığı əsası ilə seçki məntəqəsində kənarlaşdırıb.

47 saylı Mingəçevir seçki dairəsinin 1, 2, 4, 5, 7 və 8 saylı seçki məntəqələrindən Nurəddin Rüstəmlinin verdiyi məlumata görə, seçicilərə məntəqə seçki komissiyasının üzvləri tərəfindən doldurulan topa bülletenlər verilir və onlardan bu bülletenləri seçki qutularına salınması tələb olunur. Seçicilər də bu işi həyata keçirirlər. Məntəqə seçki komissiyasının sədrinə bu barədə edilən xəbərdarlığa heç bir əhəmiyyət verilmir.

47 saylı Mingəçevir seçki dairəsinin 21 saylı seçki məntəqələrindən Nurəddin Rüstəmlinin verdiyi məlumata görə, Mingəçevir şəhərində fəaliyyət göstərən bütün dövlət təşkilatlarının işçiləri qeydiyyatda olub-olmamalarından asılı olmayaraq məhz bu məntəqədə səs verməyə məcbur edilir. Nəticədə Seçki Məcəlləsinin tələbləri kobud şəkildə pozulur.

Ana səhifəXəbərlərMüsavat Partiyası bələdiyyə seçkilərindəki pozuntuları açıqladı (yenilənir)