Müsavat Partiyası başqanının müavini cəzalandırıldı

Müsavat Partiyası noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin binasının qarşısında piket keçirməyə cəhd edib.

Source:


Razim Əmiraslanov polisin qanuni əməlinə tabe olmamaqda günahlandırılır

Müsavat Partiyasının başqan müavini Razim Əmiraslanov 15 sutka inzibati həbs cəzası alıb.

Noyabrın 11-də Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı onu İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə (polisin qanuni əmrinə tabe olmamaq) ittiham edib.

Məlumatı Meydan TV-yə vəkil Nemət Kərimli verib.


Müsavat Partiyası

noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin binasının qarşısında piket keçirməyə cəhd edib. Aksiya günü polis 15-dən çox partiya üzvünü saxlayıb.

Saxlanılanlar arasında Müsavat başqanının müavinləri Səxavət Soltanlı, Fərəc Kərimli, Səbail rayon təşkilatının sədri Zakir İsmayılov və digər fəallar var. Həmçinin jurnalist Şahin Rzayev də saxlanılmışdı. Partiya başqanı Arif Hacılı isə aksiya günü səhər saatlarında saxlanılıb. Saxlanılanları əksəriyyəti günün sonuna yaxın azad edilib.

Ana səhifəSiyasətMüsavat Partiyası başqanının müavini cəzalandırıldı