Partiya Məclisinin növbədənkənar toplantısı olacaq
Müsavat Partiyasının Məclisinin və təşəbbüs qrupu nümayəndələrinin növbədənkənar toplantısı keçiriləcək.
Bu barədə Müsavat Partiyası Divanının avqustun 1-də baş tutan iclasında məlumat verilib.
Partıyadan Meydan TV-yə daxil olan xəbərdə deyilir ki, 2 avqust 2016-cı il, saat 12.00 -da keçiriləcək toplantıda Konstitusiyaya edilən əlavə və dəyişikliklərlə bağlı referendum üzrə təşviqat qrupunun yaradılması məsələsi müzakirə olunacaq.
Divanın iclasında başqan müavini Gülağa Aslanlı 50-yə yaxın regionda yaradılan Referendum üzrə ilkin təşəbbüs qrupları barədə məlumat verib.
İclasda çörək və un məmulatlarının, bütövlüklə zəruri ərzaq məhsullarının qiymətinin artırılmasına etiraz edilib.
Divanda dünya və ölkə mətbuatında yayılan “Panama” sənədlərinin araşdırılması ilə bağlı Baş Prokurorluğa edilən müraciət cavablandırılmadığından, hərəkətsizliyə görə məhkəmə iddiası qaldırıldığı bildirilib.
c.