Müsavat Partiyası Ali Məhkəməyə MSK-dan şikayət etdi

Müsbət cavab alınmayacağı təqdirdə Avropa Məhkəməsinə müraciət ediləcək

Source:


Müsbət  cavab alınmayacağı təqdirdə Avropa Məhkəməsinə müraciət ediləcək

Müsavat Partiyası Apellyasiya Məhkəməsinə Mərkəzi Seçki Komissiyasına qarşı 29 oktyabr 2015-ci il tarixli Müsavat Partiyası namizədlərinin adlarının seçki bülletenlərindənm çıxarılmaması ilə bağlı qərarından şikayət edib. Şikayət ərizəsində Ərizəçiyə Avropa İnsan Hüquqları və Əsas Azadlıqları Konvensiyasının 1 saylı Protokolunun 3-cü bəndinin (azad seçki hüququ) pozulmasının tanınması ilə bağlı iddia qaldırılıb.

Meydan tv-yə daxil olan məlumata görə, noyabrın 3-də Bakı Apellyasiya Məhkəməsində hakim Səriyyə Seyidovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində Müsavat Partiyasının iddiası qəbul edilməyib.

Məhkəmə qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriləcək, müsbət  cavab alınmayacağı təqdirdə bu hüququn pozulması ilə bağlı Avropa Məhkəməsinə müraciət ediləcək.

Ana səhifəXəbərlərMüsavat Partiyası Ali Məhkəməyə MSK-dan şikayət etdi