Müsavat Partiyası Ali Məhkəmənin qərarına etiraz edib

“Tofiq Yaqublu və İlqar Məmmədov barədə qərarın dəyişdirilmədən saxlanılması hakimiyyətin beynəlxalq qurumlara, sivil dinyaya qarşı hörmətsizliyinin təzahürüdür”

Source:


“Tofiq Yaqublu və İlqar Məmmədov barədə qərarın dəyişdirilmədən saxlanılması hakimiyyətin beynəlxalq qurumlara, sivil dinyaya qarşı hörmətsizliyinin təzahürüdür”

Noyabrın 21-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyadan verilən məlumata görə, iclasda Arif Hacılının, Divan üzvü Razim Əmiraslanlının, şöbə müdiri Kərimxan Zeynalovun Nardaran hadisələri ilə bağlı məhkəmə prosesində iştirakları barədə məlumat verilib.

Divan Ali Məhkəmənin vicdan məhbusları kimi tanınan Tofiq Yaqublu və İlqar Məmmədov barədə qərarın dəyişdirilmədən saxlanılmasını hakimiyyətin beynəlxalq qurumlara, sivil dinyaya qarşı hörmətsizliyinin təzahürü kimi qiymətləndirərək, bu siyasi sifarişli qərara etirazını bildirib.

Məlumatda bildirilir ki, divan ictimaiyyətdə MTN prosesi kimi tanınmış məhkəmə işində keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun və digər vəzifəli şəxslərin külli miqdarda xərcləri ilə bağlı məlumatlar, korrupsiyanın dövlət səviyyəsində leqallaşmasının təsdiqi kimi qiymətləndirir, bu məsələlərin dövlət büdcəsinin talan edilməsi kontekstində araşdırılmasını, cəmiyyətə geniş məlumat verilməsini tələb edir.

Yığıncaqda Müsavat üzvlərinin ABŞ-ın Azərbaycandakı səfirliyində keçirdiyi görüşlər barədə də məlumat verilib.

“Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə keçirilmiş Referendumla bağlı Müsavat Partiyasının yaratrdığı “Respublika” təşviqat qrupunun ayrı-ayrı üzvlərinin fəaliyyəti müzakirə edildi və müvafiq tədbirlərin görülməsi nəzərdə tutuldu.

Divan BMT-də Krımın işğalı ilə bağlı məsələlər müzakirə edilərkən Azərbaycan nümayəndə heyətinin səsvermədən yayınmasını beynəlxalq hüquq normalarına zidd, işğalçı Rusiya dövlətinin mənafeyinə uyğun hesab edir” – məlumatda qeyd olunur.

Ana səhifəXəbərlərMüsavat Partiyası Ali Məhkəmənin qərarına etiraz edib