Müsavat Partiyası: 40 min imza topladıq

“Bizə yardım göstərən “NİDA” və “D-18″ Hərəkatı lazım olan sayda imza toplamağa nail olub”

Source:


“Bizə yardım göstərən “NİDA” və “D-18″ Hərəkatı lazım olan sayda imza toplamağa nail olub”

“Müsavat Partiyasının təşəbbüsü ilə yaradılmış “Respublika” təşviqat qrupunun qeydə alınması üçün imza toplanması kampaniyası başa çatdırılıb. Yerli təşkilatlarımız 70-dən çox rayon, eləcə də Bakı, Sumqayıt, Gəncə kimi şəhərlərimizdən tələb olunan 40 min imzanı toplayıb”.

Bu haqda Müsavat Partiyasının avqustun 17-də yaydığı bəyanatda deyilir.

Partiya bildirir ki, imza toplanması kampaniyası dövründə Cəlilabad, Masallı, Abşeron, Qazax və başqa rayonlarda, Gəncə şəhərində yerli hakimiyyət strukturları tərəfindən bu prosesə maneələr törədilib: “İmza toplayanlara, onların yaxınlarına təzyiq göstərilib. İmza vərəqələri oğurlanıb. Polis və yol polisi tərəfindən imza vərəqələrinin olduğu ehtimal edilən avtomobillərdə axtarış aparılıb. Bütün bunlara baxmayaraq, yerli təşkilatlarımız, bu işdə bizə yardım göstərən “NİDA” Vətəndaş Hərəkatının və “D-18″ Hərəkatının fəalları lazım olan ərazilərdən, lazım olan sayda imza toplamağa nail olublar”.

“Müsavat Partiyası baş verənləri Azərbaycan Konstitusiyası və qanunlarının, o cümlədən Seçki Məcəlləsinin kobud surətdə pozulması adlandırır və qətiyyətlə pisləyir, Azərbaycan hakimiyyəti və Mərkəzi Seçki Komissiyasından bu qanun pozuntularına və özbaşınalıqlara son qoyulması üçün lazımi tədbirlər görməyi tələb edir”, – deyə bəyanatda bildirilir.

Ana səhifəXəbərlərMüsavat Partiyası: 40 min imza topladıq