Müsavat Partiyası 2016-cı ili ”dəyişikliklər üçün mühüm il” elan edir

Fəaliyyət planının icrasına nəzarət partiya başqanı və Divana tapşırılıb

Source:


Fəaliyyət planının icrasına nəzarət partiya başqanı və Divana tapşırılıb

Müsavat Partiyası 2016-cı ili “dəyişikliklər üçün mühüm il” elan edib və  Fəaliyyət Planını açıqlayıb.

Partiyanın mətbuat xidmətindən Meydan TV-yə daxil olan məlumatda bildirilib ki, Fəaliyyət Planında son illər hakimiyyətin apardığı yarıtmaz siyasət nəticəsində Azərbaycan dövlətinin bir tərəfdən beynəlxlaq aləmdən, mütərəqqi dünyadan təcrid vəziyyətinə gətirildiyi deyilir. Yürüdülən siyasətin nəticəsi olaraq Əliyev hakimiyyətinə qarşı həm beynəlxalq birliyin, həm də ölkə ictimaiyyətinin təzyiqinin artdığı vurğulanır. “Azərbaycanda vəziyyətin dəyişməsi labüddür, bu dəyişikliklərin 2016-cı ildə baş verməsini düşünməyə ciddi əsaslar var. Müsavat Partiyası bu dəyişiklikləri dövlətimizin və cəmiyyətimizin mənafeyinə uyğun olması üçün bir sıra tədbirlərin həyata keçirilməsi vacibdir”, – deyə Fəaliyyət Planının qəbul olunmasına əsaslar göstərilir.

Partiya fəaliyyət üçün siyasi strategiyanın hazırlanması; siyasi məhbuslar məsələsi; hakimiyyətin iqtisadi siyasətinin ifşasına dair faktların toplanması, tədqiq edilməsi, qiymətləndirilməsi; iqtidarın fəaliyyətinin analiz edilməsi, qiymətləndirilməsi və alternativ layihələrin hazırlanması; partiya quruculuğu; siyasi əlaqələrin genişləndirilməsi; Funksional Əməkdaşlıq və Müttəfiqlik; Media və Sosial şəbəkələr; Beynəlxalq münasibətlər və xarici əlaqələr əsas istiqamətlər elan edilir.

Yuxarıda göstərilən istiqamətlər üzrə layhiləri analitik mərkəz və ya partiya Məclisinin uyğun komissiyaları hazırlayıb, bu layihələr Məclis və ya Divan tərəfindən qəbul edilib. Fəaliyyət planının icrasına nəzarət partiya başqanı və Divana tapşırılıb.

Bundan əlavə, Fəaliyyət Planında göstərilən hər hədəf üzrə görülməsi nəzərdə tutulan əməli işlərin qısa annotasiyası verilir.

Ana səhifəXəbərlərMüsavat Partiyası 2016-cı ili ”dəyişikliklər üçün mühüm il” elan edir