Hər üç təşkilat yeni parlament seçkilərinin keçirilməsini tələb edir
Müsavat Partiyası, “REAL” Vətəndaş Hərəkatı, “NİDA” Vətəndaş Hərəkatı 1 noyabr seçkilə ilə bağlı birgə bəyanat yayıb.
Meydan tv-yə daxil olan bəyanatda aşağıdakı tələblər irəli sürülüb:
– Siyasi məhbusların azad edilmədiyi;
– Azad və ədalətli seçkilərin keçirilməsi üçün normal mühitin yaradılmadığı;
– Seçki komissiyalarının hakimiyyətin tam nəzarəti altında qaldığı;
– Bərabərhüquqlu təbliğat imkanlarının təmin edilmədiyi;
– İctimai diskussiyaların təşkil edilməsi məqsədi ilə namizədlərə pulsuz efir vaxtının ayrılmadığı;
– Nəticə etibarilə faktiki alternativsizlik şəraitində və repressiya dalğası altında keçirilən seçkilərin nəticələrini tanımadığını bəyan edərək;
Azərbaycan hakimiyyətindən 1 noyabrda Milli Məclisinə keçirilmiş seçkilərin nəticələrinin ləgv edilməsini, siyasi məhbusların dərhal azadlığa buraxılmasını, seçki qanunvericiliyində zəruri islahatların aparılmasını və 2016-cı ildə təkrar seçkilərin keçirilməsini tələb edir.