Mayın 14-də Müsavat başqanı Arif Hacılı mətbuat konfransı keçirib. O, Azərbaycan hakimiyyətinin siyasi məhbusları azadlığa buraxmalı olduğunu deyib. “Mayın 15-də iqtidar-müxalifət dialoquna gedəcəksizmi?” sualına cavabında isə bildirib ki, bizim təqdim etdiyimiz müzakirələr orada olacaqsa, o zaman biz də həmin dialoqa qatılarıq.
Müsavat daxili proseslərə də aydınlıq gətirən Arif Hacılı baş verənlərin şişirdilməsi kimi qəbul etdiyini və qurultaydan sonra Müsavata üzv seçilənlərin sayının çıxanlardan çox olduğunu qeyd edib. “Baş verənlərdə məhs sizi günahkar bilirlər” sualına isə “Mən Müsavat partiyasının başqanıyam və hədəfdə olmağım normaldır” deyə cavab verib.
Müsavat Partiyası keçən il “siyasi məhbuslar azad edilməsə avropa oyunlarına baykot çağırışı edəcək” demişdi. Başqan “Oyunlar baykot ediləcəkmi” sualına cavabında bu qərarın qüvvədə qaldığını bildirib.
Arif Hacılı həm də Şərq Tərəfdaşlığı Proqramına qoşulmağın vacib olduğunu deyib. O qeyd edib ki, Azərbaycan höküməti Riqada keçiriləcək sammitdə yüksək səviyyədə təmsil olunmalıdır.