“İşgəncə faktları təcili araşdırılmalıdır”
“Son vaxtlar həbs olunan iş adamlarına və digər şəxslərə saxlandıqları təcridxanalarda işgəncə verilməsi barədə məlumatlar yayılır.
Həbs olunanlardan birinin bu barədə Respublıka Prokurorluğuna müraciət etdiyi də bildirilir.
Törətdiyi hər hansı əmələ görə təqsirləndirilən şəxslərin keyfiyyətli müdafiə, insani şəraitdə saxlanma hüququ vardır. İstintaq altında olan təqsirləndirilən şəxsələrin işgəncəyə məruz qalması nəinki yolverilməzdir, həm də ağır cinayətdir”.
Müsavat Partiyasının Meydan TV-yə daxil olanı bəyanatında daha sonra deyilir:
“İşgəncə faktları Azərbaycan Konstitusiyasının və ölkəməzin qoşulduğu beynəlxalq sazişlərin kobud surətdə pozulmasıdır.
Müsavat Partiyası təcridxanalarda işgəncə hallarının son zamanlar daha da artmasından narahatlığını bildirir, Azərbaycan hakimiyyətindən bu barədə yayılan məlumatların ciddi yoxlanılmasını, belə halların qarşısının alınması üçün təsirli tədbirlər görülməsini, bu işdə günahı olan vəzifəli şəxslərin cəzalandırılmasını tələb edir”.