Müsavat: Hakimiyyət yeni repressiya dalğasına start verdi

”Referendum ərəfəsində əhali arasında xof yaratmaq istəyirlər”

Source:


”Referendum ərəfəsində əhali arasında xof yaratmaq istəyirlər”

“Bir gün ərzində AXCP üzvü Məsud Rzalının şərlənərək 30 sutkalıq həbs edilməsi, AXCP sədri Əli Kərimlinin qaynının həbsxanada ölümlə təhdid olunması və REAL Hərəkatının rəhbərlərindən biri olan Natiq Cəfərlinin gecəyarısı həbs edilməsi hakimiyyətin referendum qabağı yeni repressiya dalğasına start verdiyini təsdiqləyir”.

Bu haqda Müsavat Partiyasının avqustun 13-də yaydığı bəyanatda deyilir.

Partiya bəyan edib ki, Azərbaycan hakimiyyəti region ölkələrinin əsas diqqətinin Türkiyədə baş verən hadisələrə, demokratik qüvvələrin ABŞ-da keçiriləcək prezident seçkilərinə yönəldiyi, diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələrinin istirahətdə olduğu, ictimai diqqətin Braziliyada keçirilən Olimpiya oyunlarına cəmləndiyi məqamda mövcud rejimi daha da gücləndirmək, hakimiyyəti bir ailənin əlində toplamaq üçün hüquqi bazanı möhkəmləndirmək məqsədi ilə tələm-tələsik, xalq qarşısında heç bir izahat vermədən referendum keçirir.

Müsavat Partiyası repressiyaları pislədiyini bəyan edir və hakimiyyətdən həbs olunanların dərhal azadlığa buraxılmasını, həyatına qəsdlə təhdid olunan Elnur Seyidovun məsələsinə aydınlıq gətirilməsini tələb edir.

Müsavat Partiyası həyata keçirilən repressiyaları referendum ərəfəsində ölkə əhalisində xof yaratmaq cəhdi kimi qiymətləndirir.

“Bu hərəkətlərin onsuz da baş tutmayacağı gözlənilən referendumun nəticələrinin əvvəlcədən şübhə altına alınmasına əsas verən əlavə faktlar olduğunu bəyan edirik”, – deyə bəyanatda bildirilir.

Ana səhifəXəbərlərMüsavat: Hakimiyyət yeni repressiya dalğasına start verdi