“18-20 yaşlı çocuqlarımıızın həbs edilməsi İlham Əliyevin Azərbaycan siyasətinə gətirdiyi bir yenilikdir”
Müsavat Partiyasının başqanı Arif Hacılı Bakı Hava Limanında Meydan TV ilə əməkdaşlıq edən 3 xanım jurnalistin saxlanması barədə öz Facebook səhifəsində münasibət bildirib.
“37- ci ildən sonra şər imperiyası adlandırılan Sovetlər Birliyində belə xanımlar siyasi baxışlarına görə həbs edilmirdi.
Hətta həmin dövrdə həbs olunan şair Mikayıl Müşfiqin Dilbərini bir yol tapıb azadlığa buraxmışdılar. Elçibəyin “qızıl amnistiya”sından sonra həbsxanalarda demək olar ki, qadın qalmamışdı”.
“İndi siyasi mövqeyini açıq bildirən xanımların, 18-20 yaşlı çocuqlarımıızın həbs edilməsi İlham Əliyevin Azərbaycan siyasətinə gətirdiyi bir yenilikdir”,-deyə Müsavat başqanı yazıb.