Müsavat başqanı ABŞ-da Dövlət Departamentinin rəsmiləri ilə görüşüb

Görüşlərdə demokratiya və insan hüquqlarına dair ümumi məsələrlə yanaşı, Cənubi Qafqazda davamlı sabitliyə imkan verməyən konfliklər də müzakirə olunub.

Source: google.az


Görüşlərdə azadlıqların pozulmasının Azərbaycan üçün ağır nəticələri barədə müzakirələr aparılıb

Müsavat Partiyasının başqanı Arif Hacılı mayın 6-dan 21-dək ABŞ-da səfərdə olub.

Partiyanın mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində Müsavat başqanı ABŞ Dövlət Departamentinin bir sıra rəsmiləri ilə görüşüb. Belə ki, Arif Hacılının departamentin Qafqaz məsələri və Regional Münaqişələr şöbəsinin direktoru Alisia Ellisonla, ABŞ Dövlət katibi müavininin Demokratiya və İnsan Haqları məsələləri üzrə köməkçisi Maykl Kelleherlə, departamentin Demokratiya və İnsan Haqları bürosunun Qafqaz işləri üzrə məsul nümayəndəsi Vendi Silvermanla ayrı-ayrılıqda görüşləri olub.

Görüşlərdə demokratiya və insan hüquqlarına dair ümumi məsələrlə yanaşı, Cənubi Qafqazda davamlı sabitliyə imkan verməyən konfliklər də müzakirə olunub. Qarabağ probleminin həlli üçün zəruri olan addımlardan danışılıb.

Dövlət Departamentinin rəsmiləri ilə görüşlərdə Arif Hacılı həmçinin söz və ifadə azadlığı, sərbəst toplaşma və digər azadlıqların pozulmasının Azərbaycan üçün ağır nəticələri, siyasi məhbuslar mövzusu, Azərbaycanda siyasi partiyalar, ictimai təşkilatlar, ayrı-ayrı siyasi fəallar üçün yaradılan problemlər, bu problemlərin aradan qaldırılması yolları barədə müzakirələr aparıb.

Müsavat başqanı həmçinin Azərbaycanın Amerikadakı dostları sayılan bir sıra diplomatlarla və ictimai xadimlərlə görüşlər keçirib. Onun ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçlə, ABŞ-da fəaliyyət göstərən Şərqi Avropada Demokaratiya İnstitutunun (İDEE) direktoru İrena Lasota ilə, həmin institutun rəhbərlərindən biri Erik Çernovetslə, soydaşımız, “Azerireport” saytının baş redaktoru Qorxmaz Əsgərovla görüşü olub.

Bundan başqa Arif Hacılının Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlı, Azərbaycan Milli Dirçəliş Təşkilatının sözçüsü Babək Çələbiyani, Dünya Tarixi institunun elmi rəhbəri, PEN-Beynəlxalq Yazıçılar İttifaqının üzvü, proffessor Rüstəm N. Cangoca ilə görüşləri baş tutub.

Ana səhifəXəbərlərMüsavat başqanı ABŞ-da Dövlət Departamentinin rəsmiləri ilə görüşüb