Müşahidə Missiyasında təmsil olunan jurnalist deputatlığa namizədin təbliğatına qoşulub?

Jurnalistin Media Monitorinqi Qrupundan uzaqlaşdırıldığı deyilir

Source: google
Müşahidə Missiyasında təmsil olunan jurnalist deputatlığa namizədin təbliğatına qoşulub?


Jurnalistin Media Monitorinqi Qrupundan uzaqlaşdırıldığı deyilir

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Müşahidə Missiyası fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcək. Missiya həmçinin ölkədə medianın monitorinqini aparmaq üçün qrup da yaradıb.

Həmin qrupda təmsil olunanlar arasında yerli jurnalistlər də var. Onlardan biri – Anar Gəraylı 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyi qeydə alınan “CinemaPlus” kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü Zaur Darabzadənin seçicilərlə növbəti görüşündə iştirak edib və onun ünvanına xoş fikirlər səsləndirib. Anar Gəraylı əslən Füzuli rayonundan olan məcburi köçkündür və Xəzər rayonu ərazisində yaşayır. O zaman tamamilə tərəfsiz olduğunu bəyan edən Müşahidə Missiyasının Monitorinq Qrupunda təmsil olunan jurnalist niyə seçicisi olmadığı bir namizədin görüşündə iştirak edib, təbliğatına dəstək verir?

Meydan TV-nin sualını cavablandıran Anar Gəraylı ATƏT-in Müşahidə Missiyası ilə əlaqəsi olmadığını söyləyib. Lakin Meydan TV onun monitorinq qrupunda təmsilçiliyini təsdiqlədib. Qrupun azərbaycanlı rəhbəri danışmaq səlahiyyətinin yalnız DTİHB SMM Media Analitiki Kira Kalininada olduğunu söyləyib. Kira Kalinina Meydan TV-nin e-mail vasitəsilə göndərdiyi sorğusunu cavablandırmayıb. Lakin missiyadan Meydan TV-yə Anar Gəraylının fevralın 4-də qrupdan ayrıldığı bildirilib.

Yanvarın 14-dən etibarən növbədənkənar parlament seçkiləri ilə bağlı 30 uzunmüddətli, seçki günündə isə 350 qısamüddətli müşahidəçi Azərbaycana gələcək. Onlar ATƏT-in öhdəliklərinə və daxili qanunvericiliyə əsasən seçkiləri qiymətləndirəcəklər. Müşahidəçilər namizədlərin qeydə alınması prosesini, seçkiqabağı kampaniyaların aparılması, seçki məsələlərinin həllinin hüquqi işini izləyəcəklər. 350 qısamüddətli müşahidəçi müxtəlif ölkələri təmsil edəcək 2 nəfərlik komandalara bölünəcək. Missiya üzvləri və onlarla çalışanlar hər hansı namizədi dəstəkləməməlidirlər.

Ana səhifəXəbərlərMüşahidə Missiyasında təmsil olunan jurnalist deputatlığa namizədin təbliğatına qoşulub?