Musa Tukanov özünü təqsirli bilmir

Müttəhim ittihamların əsassız olduğunu bildirib

Source:


Müttəhim ittihamların əsassız olduğunu bildirib

Bakı Ağır Cinayətlər Məhkəməsində yanvarın 17-də “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin sədr müavini Musa Tukanovun məhkəməsi davam edib.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başlayıb.

İclasda prokuror ittiham aktının nəticəvi hissəsini elan edib. İttihama münasibət bildirən M. Tukanov özünü təqsirli bilməyib. O, ittihamların əsassız olduğunu, rüşvət almadığını deyib.

İclas növbəti həftə şahid ifadələri ilə davam edəcək.

Musa Tukanov vətəndaşların müraciətləri əsasında təqsirləndirilən şəxs qismində cəlb olunmaqla məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri

seçilib.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və rüşvət almaqda təqsirli bilinir. Musa Tukanov dövlət qeydiyyatı olmayan Azərbaycan Vahid Kommunist Partiyasının 1990-cı illərin ortalarında parçalanmış bir qanadının rəhbəri kimi tanınıb. Son illərdə Vahid Kommunist Partiyasının aktiv fəaliyyəti ilə bağlı hər hansı məlumat yoxdur.

Ana səhifəXəbərlərMusa Tukanov özünü təqsirli bilmir