Murad Köhnəqala

Mənbə: arxiv

Başlıq: Murad Köhnəqala

Murad Köhnəqalanın da saxlanıldığı bildirilir

Xanımı: “İndi sosial şəbəkələrdə ağzına gələni yazanlar işin əslini bilmirlər”

Şair Murad Köhnəqalanın saxlanıldığı deyilir. “Arqument.az” şairin həyat yoldaşı Şəlalə Göytürkə istinadən yazır ki, o, dünən günorta saatlarından yoxdur. Həyat yoldaşının sözlərinə görə, Murad Köhnəqalanı 28-ci polis bölməsində görüblər:

"Dünən danışdım, şəhərdə idi. Günortadan sonra əlaqə saxlamaq mümkün olmadı. Murad ayın 16-17-də Kəramətlə qalıb. Kəramət canlı yayıma çıxanda valideynləri zəng edib ondan xahiş ediblər ki, Kəraməti dayandırsın. Kəramətlə aralarında mübahisə yaranıb, Kəramət söyüb Muradı. Murad da onun evini tərk edib. İndi sosial şəbəkələrdə ağzına gələni yazanlar işin əslini bilmirlər”.

Daxili İşlər Nazirliyi və Bakı Baş Polis İdarəsinin mətbuat xidmətləri Murad Köhnəqalanın saxlanılmasından məlumatsız olduqlarını deyiblər.

Avqustun 18-də yazıçı Kəramət Böyükçöl saxlanılıb. Hadisə zamanı yazıçı canlı yayıma çıxıb və onun evinə biri mülki geyimdə olmaqla 3 polis əməkdaşının gəldiyi bəlli olub. Polis canlı yayım zamanı qonşuların şikayəti əsasında gəldiklərini deyib. Onlar yazıçıya saxlanılması üçün rəsmi sənəd təqdim etməyiblər. Görüntü zamanı mülki geyimli şəxsin Kəramət Böyükçölə təzyiq etdiyi, canlı yayımın qapadıldığı görünür.

Baş vermiş hadisədən əvvəl 2 gün yazıçı öz „Facebook“ səhifəsində canlı yayım açaraq hakimiyyəti tənqid edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidovun mətbuata verdiyi açıqlamaya görə, yazıçının saxlanılmasının səbəbi həm də onun sağlamlığını qorumaq üçündür:

"Kəramət Böyükçölün saxlanılması həm də onun şəxsi təhlükəsizliyinin və sağlamlığının qorunması məqsədi daşıyır. Belə ki, son günlər Kəramət Böyükçölün sosial şəbəkələrdə sərxoş vəziyyətdə özünü aparması izləyiciləri və yaxın ətrafında onun sonda intihar edəcəyi fikri yaradıb. Sosial şəbəkələrdə bununla bağlı şərhlərə də rast gəlmək mümkündür. Dostları və izləyiciləri onun intihar edəcəyi ilə bağlı həyəcan təbili çalırdı. Ona kömək edilməsi ilə bağlı çağırışlar edilirdi. Bu baxımdan Kəramət Böyükçölün saxlanılmasının səbəbi, haqqında olunan şikayətlərdən başqa, həm də onun şəxsi təhlükəsizliyinin və sağlamlığının qorunması məqsədi daşıyır".

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/uno53z

Ən çox baxılan