Oktyabrın 27-də Şirvan Apellyasiya Məhkəməsində vicdan məhbusu, AXCP fəalı Murad Adilovun şikayətinə baxılıb. Məhkəmə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb.
Vəkil Yalçın İmanov Meydan TV-yə bu barədə məlumat verib.
Murad Ədilov ötən ilin avqustun 11-də DİN-in Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsində bu ilin mayın 14-də Murad Ədilov barəsində hökm oxunub. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (böyük ölçüdə narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirli bilinib və 6 il azadlıqdan məhrum edilib.