Murad Ədilovun şikayəti rədd edildi

Şikayətdə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi məsələsi qaldırılmışdı

Source:


Şikayətdə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi məsələsi qaldırılmışdı

Avqustun 25-də Bakı Apellyasiya Məhkəməsi AXCP Sabirabad rayon təşkilatının üzvü, jurnalist Natiq Ədilovun qardaşı Murad Ədilovun şikayətini təmin etməyib.

Murad Ədilov avqustun 11-də Sabirabadda narkotik ticarətində şübhəli bilinərək saxlanılıb. Avqustun 13-də məhkəmə onu 3 ay müddətinə həbs edib. Qərardan apellyasiya şikayəti verilib.

Natiq Ədilovun Meydan TV-yə verdiyi məlumata görə, şikayətdə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi məsələsi qaldırılıb.

N.Ədilov qardaşının həbsinin siyasi motivli və Ədilov qardaşlarının siyasi və jurnalist fəaliyyəti ilə bağlı olduğu qənaətindədir. O, Murad Ədilovun Kürdəxanı Təcridxanasında 8 nəfərlik kamerada 10 nəfərlə saxlanılmasını da təzyiqin bir forması hesab edib.

Həmkarımız onu da əlavə etdi ki, sentyabrın 1-də saat 14-də Nərimanov Rayon Məhkəməsində Murad Ədilovun Sabirabad Rayon Polis İdarəsində işgəncəyə məruz qalmasına görə verilən şikayətə baxılacaq.

Ana səhifəXəbərlərMurad Ədilovun şikayəti rədd edildi