Murad Ədilovun işgəncəyə məruz qalıb-qalmaması araşdırılacaq

“Həbs qətimkan tədbirinin dəyişdirilməsi, məhkəmə prosesinin audio-video çəkilişin aparılması və başqa vəsatətlər təmin olunmadı”

Source:


“Həbs qətimkan tədbirinin dəyişdirilməsi, məhkəmə prosesinin audio-video çəkilişin aparılması və başqa vəsatətlər təmin olunmadı”

Fevralın 5-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində AXCP Sabirabad rayon təşkilatının üzvü Murad Ədilovun məhkəməsi keçirilib.

Məhbusun vəkili Yalçın İmanov Meydan TV-yə proses barədə deyib ki, şahidlər dindirilib və Murad Ədilov sərbəst ifadə verib.

Vəkilin vəsatətlərindən ikisi təmin olunsa da, qalanları rədd edilib.

“Əlavə şahidlərin dindirilməsi və Muradad Ədilovun Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə gətirilərkən bədənində xəsarət izlərinin olub-olmaması ilə bağlı vəsatətlər təmin olundu. Həbs qətimkan tədbirinin dəyişdirilməsi, məhkəmə prosesinin audio-video çəkilişin aparılması və başqa vəsatətlər təmin olunmadı. Ekspert çağırılması ilə bağlı vəsatətin baxılması təxirə salınıb”, – deyə vəkil İmanov bildirib.

Növbəti proses fevralın 24-ə təyin olunub.

Murad Ədilov avqustun 11-də Sabirabadda həbs edilib, külli miqdarda narkotik maddə saxlamaqda ittiham olunur.​ O, ittihamları rədd edir və həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.

Ana səhifəXəbərlərMurad Ədilovun işgəncəyə məruz qalıb-qalmaması araşdırılacaq