Murad Ədilovla bağlı istintaq hərəkəti aparılmır

Vəkil Yalçın İmanov: “Bu münasibət ona qarşı ittihamın qanunsuz və əsassız olduğunu təsdiqləyir”

Source:


Vəkil Yalçın İmanov: “Bu münasibət ona qarşı ittihamın qanunsuz və əsassız olduğunu təsdiqləyir”

Oktyabrın 11-də vəkil Yalçın İmanov Bakı İstintaq Təcridxanasında Murad Ədilovla görüşüb.

Meydan TV-yə görüş barədə açıqlama verən vəkil Yalçın İmanov bildirdi ki, Murad Ədilovun saxlanma şəraitindən narazılığı yoxdur və ona münasibət normaldır.

Amma vəkil heç bir istintaq hərəkəti aparılmadığından narazılığını ifadə etdi: “Murad Ədilov Narkoloji Dispanserdə narkoloji ekspertizadan keçirilib. Yaxın vaxtlarda rəy ona təqdim olunacaq. Murad daha çox istintaq hərəkətlərinin aparılmamasından narazıdır. Bu münasibət ona qarşı ittihamın qanunsuz və əsassız olduğunu təsdiqləyir. Həm də istintaq hərəkətlərinin aparılmaması suallar doğurur, belə çıxır ki, istintaqın işi Ədilovu qandallamaq olub”.

Yalçın İmanov Murad Ədilovun ailə üzvləriylə hələ görüşə bilməməsinin də narahatçılığını çatdırdı: “Təəssüf ki, Murad avqustun 11-də həbs olunub və o zamandan ailə üzvləriylə görüşə bilməyib”.

AXCP Sabirabad Təşkilatının üzvü Murad Ədilov jurnalist, partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun qardaşıdır. M.Ədilov DİN Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. Onun ata evindən narkotika dolu bağlama tapılıb.

M.Ədilov məhkəmədə saxlanılarkən Sabirabad rayon polis əməkdaşları tərəfindən fiziki zorakığa məruz qaldığını bildirib, narkotika saxlamqla bağlı ittihamları qəbul etməyib.

Doğmaları belə hesab edirlər ki, M.Ədilov siyasi motivlələ həbs edilib, belə ki, o, AXCP fəalıdır və AXCP mətbuat xidmətini rəhbəri Natiq Ədilovun qardaşıdır.

Ana səhifəXəbərlərMurad Ədilovla bağlı istintaq hərəkəti aparılmır