Yalçın İmanov: “Onun bel və sol bud nahiyəsində küt alətlə zərbənin izləri var”
AXCP mətbuat xidmətinin rəhbəri, jurnalist Natiq Ədilovun qardaşı Murad Ədilovun saxlanılarkən və daha sonra fiziki, mənəvi işgəncəyə məruz qalması ilə bağlı məhkəməyə şikayət verilib.
Meydan TV-yə şikayət haqda məlumat verən Murad Ədilovun vəkili Yalçın İmanov bildirib ki, müdafiə etdiyi şəxsin bədənində hələ də işgəncə izləri qalır: “Onun bel və sol bud nahiyəsində küt alətlə zərbənin izləri var. Nərimanov məhkəməsinə ötən gün göndərilən şikayətdə Muradla bağlı ekspertizanın keçirilməsi və “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında” Konvensiyanın 3-cü maddəsinin pozulmasının (İşgəncələrin qadağan olunması) təsdiq edilməsi xahiş olunur”.
Vəkil Yavər Hüseynon də Murad Ədilovun müdaifəsinə qoşulduğu bildirilir. Ancaq Yalçın İmanovun orderi olmasına baxmayaraq, hələ də müdafiə etdiyi şəxslə görüşə buraxmırlar.
Daha bir anlaşılmazlıq odur ki, Murad Ədilov Kürdəxanıya keçən həftənin sonlarından köçürülsə də, onun “karantin”də, yoxsa kamerada saxlanıldığı barədə qardaşı Natiq Ədilova məlumat verməkdən imtina ediblər.