Murad Ədilov yaxınlarıyla görüşüb

Məhbus saxlanma şəraitindən şikayətlənməyib, onu narahat edən halın sadəcə günahsız yerə həbsə atılması olduğunu deyib

Source:


Məhbus saxlanma şəraitindən şikayətlənməyib, onu narahat edən halın sadəcə günahsız yerə həbsə atılması olduğunu deyib

3 aydır Kürdəxanı təcridxanasında saxlanan Murad Ədilov nəhayət ki, oktyabrın 20-də ailə üzvləri ilə görüşüb.

Məhbus saxlanma şəraitindən şikayətlənməyib, onu narahat edən halın sadəcə günahsız yerə həbsə atılması olduğunu deyib. Murad Ədilov onu və başqa siyasi məhbusları diqqətdə saxlayan hər kəsə, təşkilatlara, KİV-nə salam və təşəkkürlərini yollayıb.

M.Ədilov avqustun 11-də Azərbaycan DİN Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. Nərimanov məhkəməsi Murad Ədilov barəsində narkotik maddə saxlamaq ittihamı ilə 3 aylıq həbs qərarı çıxarıb. O, və vəkillər ittihamı rədd edir, həbsin siyasi mənsubiyyəti və daha çox qardaşı Natiq Ədilova (AXCP mətbuat xidmətinin rəhbəri, “Azadlıq” qəzeti və Azərbaycan saatı proqramının əməkdaşı) görə baş verdiyi bildirir. Elə Murad Ədilov həbs ediləndə də bunu onun özünə deyiblər və “cinayətini” boynuna almaq üçün ona amansız işgəncələr verilib.

Ana səhifəXəbərlərMurad Ədilov yaxınlarıyla görüşüb