Murad Ədilov aclıq aksiyasını dayandırıb

4 gün ac qalan AXCP üzvünün ailəsi ilə danışandan sonra aksiyanı dayandırdığı bildirilir

Source:
Murad Adilov
Murad Adilov
Murad Adilov
Murad Adilov


4 gün ac qalan AXCP üzvünün ailəsi ilə danışandan sonra aksiyanı dayandırdığı bildirilir

4 gündür aclıq aksiyası keçirən AXCP üzvü Murad Ədilov aksiyanı dayandırıb.

Bu barədə Murad Adilovun qardaşı Natiq Ədilov məlumat yayıb.

Natiq Ədilov yazıb ki, qardaşı ailəsi ilə danışandan sonra aclıq aksiyasını dayandırıb.

10 saylı cəzaçəkmə müəssisəsində saxlanılan AXCP üzvü Murad Ədilov sentyabrın 7-dən aclıq aksiyasına başlamışdı.

Murad Ədilov haqqında çıxarılan ədalətsiz hökm və qərarlara etiraz olaraq aclıq edirdi.

4 ildir həbsdə olan Murad Ədilov haqqında sonuncu məhkəmə qərarı sentyabrın 5-də çıxarılıb. Saxlandığı cəzaçəkmə müəssisəsində onun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı müraciətinə baxılıb və təmin olunmayıb.

M.Ədilov 2014-cü il avqustun həbs olunub. Onun üzərindən narkotik tapıldığı iddia edilir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilən M.Ədilov narkotik ittihamını rədd edir və qardaşı N.Ədilovun fəaliyyətinə – hökuməti tənqid edən yazı və çıxışlarına görə cəzalandırıldığını bildirir.

N.Ədilov AXCP mətbuat xidmətinin rəhbəri, “Azadlıq” qəzetinin və “Azərbaycan saatı” televiziya proqramının əməkdaşıdır.

Yerli və beynəlxalq insan haqları müdafiəçiləri də M.Ədilovun həbsini siyasi motivli sayır.

“Amnesty İnternational” M.Ədilovu “vicdan məhbusu” elan edib.

Ana səhifəXəbərlərMurad Ədilov aclıq aksiyasını dayandırıb