“Münasibətlər gərgindirsə, niyə Mehriban Əliyeva “Fəxri Legion” ordenini qaytarmır?”

Fransa-Azərbaycan. Mənbə: vladm/shutterstock

Siyasi şərhçi deyir ki, Azərbaycan nefti Fransanın yanacaq tələbatında ciddi rol oynamır

Azərbaycanın Fransaya neft ixracını artırdığı bildirilir.

Qeyd olunur ki, Azərbaycandan bu ilin yanvar-oktyabr aylarında Fransaya neft ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə artaraq 199 min ton təşkil edib.

Bu barədə “iqtisadiyyat.az” Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Bildirilir ki, hesabat dövründə Azərbaycanın Fransaya ixrac etdiyi neftin dəyərinin 75,1 milyon dollar artaraq 118,6 milyon dollar olduğu əlavə edilib.

Ancaq bütün bunlara rəğmən Azərbaycan hakimiyyətinin Fransaya qarşı siyasi ritorikası sərtləşib.

Noyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə Fransanı separatizmi dəstəkləməkdə və müstəmləkəçilikdə ittiham edib:

“Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda bizim regionumuzda – Cənubi Qafqazda stabilliyi pozur, separatizm meyllərini və separatçıları dəstəkləyir”.

Ölkə başçısı deyib ki, Fransa Ermənistanı silahlandırmaqla militarist siyasət həyata keçirir, revanşist qüvvələri təşviq edir, regionda yeni müharibələrin başlaması üçün zəmin hazırlayır:

Eyni zamanda, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur, Qərb təşkilatlarını digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə cəhdlər edir”.

Azərbaycanın bir tərəfdən Fransaya qarşı sərt ritorikası, digər tərəfdən isə enerji sahəsində əməkdaşlıq etməsi bir sıra suallar doğurub.

Bu yöndə yaranan sualları Meydan TV-yə şərh edən siyasi şərhçi Rauf Mirqədirov hesab edir ki, Azərbaycanın Fransaya satdığı neftin miqdarı bu ölkənin yanacaq tələbatında ciddi rol oynamır:

Nəzərə alın ki, Fransanın enerji balansı daha çox atom enerjisinə və digər mənbələrə əsaslanır. Həmçinin Fransa Afrikadan, Norveçdən və digər ölkələrdən də enerji alır”.

Rauf Mirqədirov qeyd edib ki, Fransanın əvvəlki səfirlərindən biri jurnalistləri tez-tez görüşə dəvət edib ölkəsinin xarici siyasətindən danışardı:

Amma həmin söhbətlər mətbuat üçün olmasa da, sual etdim ki, Azərbaycanda məhkəmələr azad deyil, qanunlar işləmirsə, bunlar şirkətlərinizə maneələr yaratmırmı? Diplomat cavab verdi ki, Fransa şirkətləri Azərbaycan tipli ölkələrdə necə işləməyi yaxşı bilirlər. Yəni bu cür hakimiyyətlərin əsas məqsədi qazanc olduğundan onlar da bunu gözəl təmin edirlər”.

“Yəqin ki, ABŞ-da fərqli yanaşardılar, çünki orda qanunvercilik belə hallarda ciddi cəzalandırır. Amma Fransa bu baxımdan loyal ölkədir. Məsələn, Qətərdə futbol çempionatının keçirilməsi məsələsi gündəmə qalmaqalla çıxdı, Platini demişdi ki, Sarkozi ondan çempionatın bu ölkədə keçirilməsini xahiş edib. Sonradan məlum oldu ki, Sarkozi bu xahişi şəxsi məqsədi üçün yox, Fransayla Qətər arasında milyardlarla həcmdə olan müqavilənin gerçəkləşməsi üçün edib”, – deyə o bildirib.

Foto: Rauf Mirqədirovun şəxsi arxivindən

Mirqədirovun fikrincə, son vaxtlar Azərbaycanda anti-ABŞ və anti-Fransa meyllərinin güclənməsi situativdir:

İkincisi, daha çox Əliyevlə Makronun şəxsi münasibətləri ilə bağlıdır. Görünür, ölkə başçıları dil tapa bilməyiblər. Sual yaranır: münasibətlər elə gərgindirsə, nədən Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyeva “Şərəf Legionunun Zabiti” dövlət ordenini geri qaytarmır? Əgər söhbət Fransanın kolonial siyasətindən gedirsə, həmin dövlətin ordeninin təmsilçisi olmaq bir qədər əcaib səslənir. Ona görə bəyanatlara çox inanmaq lazım deyil. İkincisi, mən Əliyevin Fransanın müstəmləkəçilik siyasətindən narahat olduğunu düşünmürəm”.

Qonşuluğumuzda Rusiya kimi imperiyanın indiyə qədər koloniyaları var və Fransadan fərqli olaraq həmin koloniyaların vəziyyəti həddən artıq acınacaqlıdır. Əgər Rəsmi Bakı kolonial siyasətdən danışırsa, bu siyasətin on milyonlarla qurbanlarından biri Azərbaycan vətəndaşları olub, yaxud da Çindəki uyğurlar. Niyə onların adını çəkmirlər? Məncə, hökumət daxili siyasətdə əks-səda yaratmaq üçün bu cür bəyanatlar verir və təbliğat qurur ki, baxın, biz necə Fransaya qarşı səsimizi çıxarırıq. Bəs niyə Rusiyanın Ukraynada etdiklərinə susursunuz?!” – Mirqədirov belə deyib.

Son 2 gündə baş verənlərlə bağlı Milli Məclisdə hakim partiyanı təmsil edən deputatlarla əlaqə saxlamaq mümkün olmayıb.

Təəssüf ki, onlar Meydan TV-nin suallarını eşidəndə müxtəlif bəhanələrlə açıqlama verməkdən imtina ediblər.

Ana səhifəSiyasət“Münasibətlər gərgindirsə, niyə Mehriban Əliyeva “Fəxri Legion” ordenini qaytarmır?”