Adnan Koç

Mənbə: Foto: Türkiyə mediası

Başlıq: Adnan Koç

“Mühteşem Yüzyıl” serialının aktyoru 16 il müddətinə həbs edildi

Aktyor polisə silahlı müqavimət göstərmək, girov götürmək, sağlamlığa zərər vurmaqda ittiham olunur

Türkiyəli aktyor Adnan Koç 16 il 8 ay müddətinə həbs cəzasına məhkum edilib.

“Mühteşem Yüzyıl" serialında Bəhram Paşa obrazını canlandıran aktyorun bir çox cinayətlərdə təqsirli olduğu sübuta yetirilib. Bunların arasında polisə silahlı müqavimət göstərmək, girov götürmək, sağlamlığa zərər vurmaq var.

Sənətçi və digər 5 şübhəli 2018-ci ilin mart ayında narkotik əleyhinə əməliyyat zamanı həbs olunub. Onlar silahlı qarşıdurma zamanı polis əməkdaşlarını yaralayıb, həmçinin 6 nəfəri girov götürüblər.

“Müşteşem Yüzyıl” serialı Türkiyə televiziya tarixinin ən bahalı layihəsi hesab olunur. Osmanlı tarixini əks etdirən çoxhissəli film dünyanın 42-dən çox ölkəsində nümayiş edilib.

Serialın nümayişi zamanı Türkiyədə çoxlu sayda etirazlar olmuşdu. İddia edilirdi ki, serial insanlar arasında Osmanlı sevgisinə psixoloji savaş açıb, Qanuni Sultan Süleymanın obrazı düzgün təqdim olunmayıb. Əslində, onun həyatı hərəmxanada eyş-işrətdə deyil, döyüş meydanlarında keçib.

O vaxt serialı tənqid edənlər arasında Türkiyənin keçmiş Baş naziri, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan da var idi.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/dg9j5f

Ən çox baxılan