“Uşaq vaxtı o qədər dərk eləmirdim, burda doğulmuşdum. Düzdür, vəziyyəti, qaçqın olduğumuzu bilirdim, yataqxanada böyüyürdük. Yəni, o qaçqınçılığın verdiyi əziyyətləri çəkirdik. Amma qaçqınçılıq nə deməkdir, vətənini görmədiyim üçün hiss eləmirdim. Sonra böyüdükcə, oxuduqca, dərk elədikcə, qaçqınlığın o ağırlığını hiss elədim”. Şəhla Şahvələdova 1997-ci ildə Beyləqanda anadan olsa da, əslən laçınlıdır. Bakıda böyüyüb, ailə quran Şəhlanın 4 yaşlı övladı var.