00.59
BP “Rostneft”dəki payını satır
BP “Rosneft”dəki 19,75 faizlik payını satır və onun rəhbəri Bernard Luni Rusiyanın ən böyük neft şirkətinin Direktorlar Şurasını tərk edir.
Bu, Ukraynadakı hərbi əməliyyatlara görə Qərbin Rusiyaya qarşı sanksiyaları fonunda baş verir.
Bu barədə fevralın 27-də BP-nin mətbuat xidməti məlumat yayıb.
RBC yazır ki, bununla bağlı Rosneft”in nümayəndəsinə sorğu göndərib.
BP-dən başqa, Rusiya şirkətinin ən böyük səhmdarları “Rosneftegaz” (40,4%), “Qatar QH Oil Investments” (18,46%), “Rosneft”in iki törəmə şirkəti 10,36% paya sahibdirlər.
BP-nin baş direktoru Bernard Luni və şirkətin keçmiş rəhbəri Robert Dadli dərhal “Rosneft”in Direktorlar Şurasından istefa verib. Məlumatda deyilir ki, Britaniya şirkətinin iki nümayəndəsinin istefası ondan “Rosneft”dəki payının mühasibat uçotu rejimini dəyişməsini tələb edəcək. Nəticədə, şirkətin may ayında açıqlanacaq 2022-ci ilin 1-ci rübünün nəticələrində əhəmiyyətli nağdsız xərclər barədə hesabat verməsi gözlənilir. Şirkət hesab edir ki, “Rosneft”dəki payını satmaq qərarı ümumilikdə 25 milyard dollara qədər xərc çəkəcək.
Potensial alıcılar BP-nin elanında qeyd edilməyib.
Ukraynada hərbi əməliyyatların başlanması və Qərbin sanksiyaları fonunda Rusiya şirkətlərinin səhmləri kəskin ucuzlaşıb. Fevralın 25-də London birjasında keçirilən ticarətin nəticələrinə görə, “Rosneft”in kapitallaşması demək olar ki, 70% artaraq 44,57 milyard dollara çatıb. Bazar dəyərinə əsasən, “Rosneft”in 19,75%-i 8,8 milyard dollar dəyərində qiymətləndirilə bilər. BP-nin Direktorlar Şurasının sədri Helge Lund deyib:
“Rusiyanın Ukraynaya hücumu bütün region üçün faciəvi nəticələrə malik təcavüz aktıdır. Şirkət 30 ildən artıqdır ki, Rusiyada fəaliyyət göstərir. Lakin bu hərbi əməliyyat əsaslı dəyişikliyi ifadə edir. BP-nin Direktorlar Şurası diqqətlə nəzərdən keçirdikdən sonra dövlət müəssisəsi olan “Rosneft” ilə əməkdaşlığımızın sadəcə olaraq davam edə bilməyəcəyi qənaətinə gəlindi”, Lund əlavə edib. “BP-nin Direktorlar Şurası hesab edir ki, bu qərarlar bütün səhmdarlarımızın uzunmüddətli maraqlarına cavab verir”, – o fikrini yekunlaşdırıb.
“Bir çoxu kimi, mən də Ukraynada baş verən situasiyadan dərin sarsıntı keçirdim və kədərləndim. Bütün zərərçəkənlərə bütün qəlbimlə başsağlığı verirəm”, – Luni bildirib.- “Mən əminəm ki, bizim Direktorlar Şurasında qəbul etdiyimiz qərar [Rosneft-in payının satışı ilə bağlı] təkcə düzgün deyil, həm də BP-nin uzunmüddətli maraqlarına uyğundur”.
Onun sözlərinə görə, şirkətin bilavasitə prioriteti “bölgədəki gözəl insanlara” qayğı göstərməkdir və onlara dəstək olmaq üçün əlindən gələni edəcək. “Biz həmçinin BP-nin daha geniş humanitar təşəbbüsləri necə dəstəkləyə biləcəyini araşdırırıq”,- deyib.
RBC yazır ki, Enerjinin İnkişafı Fondunun direktoru Sergey Pikinin sözlərinə görə, Çinin dövlət şirkətlərindən biri “Rosneft”in 19,75%-nin alıcısı ola bilər. Ekspert qeyd edib ki, Çin “Rosneft”dən neft alır, əməkdaşlığı davam etdirməkdə strateji marağı var və Çin Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib. “Belə böyük bir pay yalnız strateji investora satıla bilər”, – “Arikapital”ın strateqi Sergey Suverov deyib:
“Böyük Asiya şirkətinə, məsələn, Çindən və ya Hindistandan və ya rus investoruna. Lakin danışıqların aparılması və sövdələşmənin təşkili prosesi bir neçə ay çəkəcək, çünki BP çətin ki, bazar qiymətinə ciddi endirimlə razılaşsın”.
15.31.
Dörd azərbaycanlı Ukraynada həlak olub
Onlardan üçünün sərhəd-keçid məntəqəsində atəşə tutulduğu bildirilir
Fevralın 27-də Ukraynanın Odessa şəhərində 3 azərbaycanlı həlak olub. Onların avtomobilinin Kuçurqan adlanan keçid məntəqəsində naməlum şəxslər tərəfindən odlu silahlardan atəşə tutulduğu bildirilib.
Ukraynanın Bakıdakı səfirliyi məlumatı təsdiqləyib.
“Həlak olanlar 1976-cı il təvəllüdlü Nemət İsmayılov, 1966-cı il təvəllüdlü Rəhim İsmayılov və 1995-ci il təvəllüdlü Qabil İsmayılovdur”,-deyə qeyd olunub.
APA bu gün səhər Xarkov şəhərinin mərkəzində Azərbaycan vətəndaşı, 1987-ci il təvəllüdlü Qoşqar Məmmədovun naməlum istiqamətdən gülləyə tuş gələrək öldüyü haqda məlumat yayıb.
İki gün öncə daha bir azərbaycanlı ailənin 3 üzvünün Ukraynada gedən döyüşlər nəticəsində həlak olması haqda məlumat yayılmışdı.