Müharibə ictimai fəalın həyatına son qoydu

O, Füzuli rayonunun keçmiş icra başçısı Nofəl Qasımovun oğludur.

Source: Specify Source


Səid Qasımlı Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib

Oktyabrın 11-də ictimai fəal Səid Qasımlı Hadrut qəsəbəsi ətrafında gedən döyüşlərdə həyatını itirib. Baş leytenant kimi müharibəyə çağırılan Səif Qasımlının Füzulinin Babı kəndində dəfn ediləcəyi bildirilir. O, Füzuli rayonunun keçmiş icra başçısı Nofəl Qasımovun oğludur.

Sentyabrın 27-dən Azərbayca-Ermənistan arasında müharibə başlayıb. Müharibə Azərbaycanın işğal altında olan Qarabağ ərazisində gedir. Buna baxmayaraq, münaqişə zonasından uzaqda yerləşən rayonlar da atəşə məruz qalır.

Azərbaycan tərəfi Cəbrayıl rayonunun mərkəzi də daxil olmaqla bir sıra kənd və yüksəkliyi işğaldan azad etdiyini deyir. Azərbaycan tərəfindən verilən rəsmi məlumatlara görə, indiyədək 41 mülki şəxs ölüb, 205 sakin yaralanıb.

Tərəflər itirdikləri əsgər sayını açıqlamırlar.

Ana səhifəSiyasətMüharibə ictimai fəalın həyatına son qoydu