Avropada yaşayan bir qrup azərbaycanlı siyasi mühacir Brüsseldə Avropa Parlamentinin önündə aksiya keçirib. Müxtəlif ölkələrdən Belçikanın paytaxtına gələn mühacirlər üzərində həbs olunan siyasi fəalların və hüquq müdafiəçilərin şəkilləri olan qırmızı köynək geyiniblər. Əllərində isə plakatlar, hüquq müdafiəçiləri Leyla Yunus, İntiqam Əliyev, Rəsul Cəfərov, Anar Məmmədli, Bəşir Süleymanlı və digərlərinin şəkilləri olub.
Aksiyada məqsəd Azərbaycanda repressiyalara etiraz bildirmək olub. Lakin əks tərəfin nümayəndələri aksiyaya müdaxilə ediblər. Lakin Belçika polisi vaxtında insidentin qarşısını alıb. Azərbaycanlı olduğunu gizlədən şəxs sonradan maşına minərək uzaqlaşıb.
Aksiya ölkə vətəndaşlarının da diqqətini çəkib. Mühacirlər qərara alıblar ki, mütəmadi olaraq bu cür aksiyalar keçirsinlər.