Mühacirlər yeni təşkilat yaratdı

AND təsisçiləri hələlik açıqlama yaymayıblar

Source:


AND təsisçiləri hələlik açıqlama yaymayıblar

Sentyabrın 11-də Strasburqda azərbaycanlı siyasi mühacirlərin yeni təşkilatı – AND-ın (Azərbaycan Naminə Demokratiya – Azerbaijan needs democracy) təsis iclası keçirilib.

“Turan”-ın məlumatına görə, iclasda hakimiyyətin təqibləri səbəbindən müxtəlif vaxtlarda Azərbaycanı tərk etmiş siyasi fəallar, jurnalistlər, keçmiş dövlət məmurları və hüquq müdafiəçiləri iştirak ediblər.

İclasda Demokratik Qüvvələrin Milli Şurasının rəhbəri Cəmil Həsənli də iştirak edib.

AND təsisçiləri hələlik qurum və onun tərkibi, təşkilatın proqram və vəzifələri barədə məlumat yaymayıblar.

Ana səhifəXəbərlərMühacirlər yeni təşkilat yaratdı