Mənbə: Meydan.tv

Mühacirlər daha bir media orqanının qarşısında aksiya keçirdilər

Məqalə yeniləndi:  7 Avqust 2019

“Almaniyalı jurnalistlərdən siyasi məhbuslara dəstək” kampaniyası davam edir. Demokratik Azərbaycanı Seç (DAS) təşkilatının növbəti aksiyası Almaniyanın Trier şəhərində yerləşən "Medienhaus Trierischer Volksfreund" media orqanının qarşısında baş tutub. Avqustun 5-də keçirilən aksiyanın təşkilatçılardan olan Mübariz Kərimovun Meydan TV-yə verdiyi məlumata görə, “Siyasi Məhbsulara Azadlıq” adlı həmrəylik aksiyasında məqsəd diqqəti Azərbaycandakı vəziyyətə çəkməkdir. Aksiyada çıxış edən DAS üzvləri Aqşin Hacıyev, Məmməd Qarayev, Günel Mehdiyeva, Ramin Əhmədov, Emil Quliyev, Aydın Səfərov, Aqil Hüseynov, Vüqar Mehdiyev, Aygün Xələfova qeyd ediblər ki, bu gün Azərbaycanda siyasi və dini əqidəsinə görə 110 nəfərdən artıq siyasi məhbus var:

“Azərbaycanda siyasi aktiv insanlara qarşı təqib və təhdidlər davam edir. Hər ay bir neçə şəxs saxta ittihamlarla cinayət məsuliyyətinə cəlb edilir və həbs olunur. Bundan başqa, siyasi sifarişlə həbs olunan insanlar cəzaçəkmə müəssələrində mənəvi, psixoloji və fiziki işgəncəyə məruz qalırlar. Azərbaycanda söz və mətbuat azadlığı, sərbəst toplaşmaq hüquqlari, siyasi mübarizə üçün imkanlar məhdudlaşdırılıb, vətəndaşların inamını əldə etmək əvəzinə insanları qorxu altinda saxlayır və bu yolla korrupsiya, məmur özbaşınalığı, pis idarəetmə haqqında informasiyanın yayılmamasına nail olurlar”.

“Almaniyalı jurnalistlərdən siyasi məhbuslara dəstək” kampaniyası iyunun 28-də başladılıb. Bu məqsədlə ilk olaraq Almaniyanın Dortmund, Essen şəhərlərində yerləşən, tirajlı alman media orqanlarının önündə aksiya keçirmişdilər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  7 Avqust 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/jjuqjz

Ən çox baxılan