Ona narkotik daşıma maddəsi ilə ittiham verilib
Bakıda polis tərəfindən saxlanılan Müsavat Partiyasının fəalı Azad Həsənova qarşı ittihamlar irəli sürülüb.
Meydan TV-ə bu barədə danışan vəkil Osman Kazımov deyib ki, ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, saxlama, daşıma, göndərmə və ya satma – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqarda törədildikdə) cinayət işi qaldırılıb.
Vəkil bildirib ki, Xətai rayon Məhkəməsində oktyabrın 12-də Azad Həsənov barəsində 4 ay həbs qətimkan tədbiri seçib.
Litvada siyasi mühacir həyatı yaşayan Azad Həsənov oktyabrın 10-da ağır xəstə olan atasına baş çəkmək üçün Bakıya gəlib.
Sərhədi problemsiz keçən A.Həsənov oktyabrın 11-də mülki geyimli şəxslər tərəfindən saxlanılıb.
O, Müsavat Partiyasının üzvüdür. Partiya onun saxlanılması ilə əlaqədar olaraq
oktyabrın 12-də
bəyanat yayıb.